Hekayəti-xırsi-quldurbasan


İki hissəli ekssentrik komediya
Müəllif:Mirzə Fətəli Axundov
Quruluşçu rejissor: CƏNNƏT SƏLİMOVA (Хаlq Artisti)
Quruluşçu rəssam: TAİR TAİROV (Xalq Rəssamı)
Bəstəkar: FİRUDİN ALLAHVERDİ
Rollar və ifaçılar:
Divanbəyi - Qurban İsmayılov (Əməkdar Artist)
, Kərəm Hadızadə
Tarverdi - Şövqi Hüseynov (Əməkdar Artist)
Pərzad - Gülər Nəbiyeva (Əməkdar Artist)
, Asya Atakişiyeva
Namaz - Nofəl Vəliyev (Əməkdar Artist)
Tamaşanın müddəti: I hissə - 45 dəqiqə
I hissə - 45 dəqiqə
Xülasə:Azərbaycan teatrının yaradıcılarından biri olan Mirzə Fətəlinin “Hekayəti-xırsi-qulduurbasan” komediyası müəllifin bu əsərinin nəşrinin 150 illiyinə həsr olunur. Qəhrəmanların düşdüyü komik vəziyyətlər tamaşaçıya xoş ovqat aşılayır. İmkanlı ailədən olan qorxaq Tarverdi, evlənmək istədiyi gözəl Pərzad, bu qızı dərin məhəbbətlə sevən, yolunda ölümə hazır olan Bayram, qazanc əldə etmək üçün min cür oyun quran Zalxa və onun əri Namaz, səyahət edən Franz Fox, onun rəfiqəsi Mariya Adamovna və başqaları müxtəlif səhnə oyuununda çox gülməli vəziyyətə düşürlər. Tamaşaya rəng qatan iki obraz da var: Ayı və Meymun. İnsanların bir-birinin başına açdıqları oyunlarda bu iki heyvanın da öz rolu, öz oyunu var. Gözəl musiqisi, geyimləri olan bu tamaşada tamaşaçı həm dincəlir, həm ürəkdolusu gülür, həm də müəllifin ağıllı ideyası ətrafında düşünür.

Tamaşadan fotolar:


Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX