Xeyir və Şər


İki hissəli tamaşa
Müəllif:Nizami Gəncəvi
Quruluşçu rejissor, səhnələşdirən
və rəqslərin quruluşu :
NİCAT KAZIMOV (Əməkdar Artist)
Quruluşçu rəssam: MUSTAFA MUSTAFAYEV
Musiqi tərtibatı: FƏXRƏDDİN DÜNYAMALIYEV
Rollarda:
Xeyir - Elnur Kərimov
Şər - Vüsal Mehrəliyev
Çoban qızı - Təhminə Məmmədova
Zümrüd Quliyeva
Tamaşanın müddəti:I hissə – 25 dəqiqə
II hissə – 40 dəqiqə
Xülasə:Bəşəriyyətin əzəli və əbədi mövzularından biri olan Xeyir və Şər dahi Azərbaycan şairi Nizami Gəncəvinin «Xeyir və Şər» poemasında da yüksək poetik həllini tapmışdır. Dost olan Xeyir və Şər adlı iki gəncin başına gələn hadisələrdən hər bir seyrçi ibrət götürə bilər. Belə ki, Xeyir bütün azuqəsini dost saydığı Şər ilə bölüşür. Susuz səhrada Xeyir ehtiyatının tükəndiyini görüb Şərdən bir içim su istəyir. İblis xislətli Şər isə bir içim suyun əvəzi olaraq Xeyirdən bir cüt gövhər (gözlərini) tələb edir. Xeyir razılaşır. Şər onun gözlərini çıxartdıqdan sonra nəinki su vermir, hətta onu quru səhrada atıb gedir. Çoban qızı Xeyiri tapıb evinə gətirir. Onun atası, sadə və zəhmətkeş insanlar Xeyirlə dostluq edir, onun gözlərini sağaldır. Xeyir həşərat kimi insanlara zərər verən Şərdən qisas alır. Tamaşa Xeyirin Şər üzərində qələbəsi ilə bitir. «Xeyir və Şər» tamaşası gənclərə dostluğa sədaqət, vətənpərvərlik, düzlük, ədalətli olmaq kimi saf hissləri aşılayır.

Tamaşadan fotolar:


Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX