ADGTT-da yeni tamaşaya ictimai baxış keçirildi



27.12.2017
     Dekabrın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Yeni il şənlikləri çərçivəsində təqdim ediləcək Sten Linin “Hörümçək adam” əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya ictimai baxış keçirildi. Maraqlı tamaşa və Yeni ilin personajlarının yer aldığı səhnələr qış tətili günlərində teatrımızı istirahət məkanı kimi seçən məktəblilərə əsl bayram əhvalı bəxş edəcək.
    Tamaşanın quruluşçu rejissoru Elşad Rəhmzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, səhnə plastikası Ceyhun Dadaşov, tryukların quruluşu İsa Əsədova məxsusdur. Yeni səhnə əsərində əsas obrazları teatrın istedadlı aktyorlarından Əməkdar artistlər Almaz Mustafayeva, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Günel Məmmədova, Zemfira Əbdülsəmədova, Mehriban Hüseynova, Səbinə Məmmədova, Nuranə Hüseynova, Nuriyyə Əliyeva, Asya Atakişiyeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Elnur Hüseynov, İradə Rəşidova, İlham Əsədov, Natiq Fərzəliyev, Anar Səfiyev və başqaları ifa edəcəklər.
    Tamaşanın premyerası bu ilin dekabr ayının 28-də saat 12:00, 14:00, 16:00- da baş tutacaqdır.

Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX