ADGTT-nın rəssamları diploma layiq görüldülər



28.11.2017
     22 Noyabr 2017-ci il tarixində Gənclər və İdman Nazirliyi və Zirə Mədəniyyət Mərkəzi Eko-Parkın birgə təşkilatçılığı ilə “Ekoloji problemlər və onların həlli yolları gənclərin gözü ilə” mövzusunda sərgi təşkil olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın icrasıni təmin etmək məqsədi ilə 22-25 noyabr tarixlərində baş tutan sərgidə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəssamları Yekaterina Bıçkova, Rəhilə Məlikova və Şahin Hüseynli fəal iştiraklarına görə fəxri diplomlarla təltif olunublar.
    Qeyd edək ki, sərgidə Gənclər və İdman naziri Azad Rəhimov və İDEA İctimai Birliyinin təsisçisi və sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva iştirak etmişlər. Sərginin keçirilməsində məqsəd – gənclərin ekoloji sahəyə marağını artırmaq və maarifləndirmək, onların yaradıcılıq potensiallarını dəstəkləmək və sosial təşəbbüskarlığı stimullaşdırmaqdır. Sərgidə 14-29 yaşlı gənclərin müxtəlif üslublarda işləri nümayiş etdirilmişdir.

Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX