ADGTT-dan həftəsonu maraqlı tamaşalar...



28.11.2017
     Həftəsonu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı kiçik və böyük yaşlı tamaşaçıları üçün maraqlı, bir-birindən rəngarəng və məzmunlu tamaşalar təqdim edəcəkdir.
    Teatrda dekabrın 2-də məktəblilər üçün gündüz saat 12:00 və 14:00-da Y.Şvartsın “Qırmızı papaq”, dekabrın 3-də eyni saatlarda A.Şaiqin “Danışan gəlincik” tamaşaları nümayiş etdiriləcəkdir.
    Kollektiv dekabrın 2-si axşam saat 19:00-da İlyas Əfəndyevin “Məhv olmuş gündəliklər”, dekabrın 3-də isə U. Şeksprin “III Riçard” tamaşaları ilə öz tamaşaçılarını sevindirəcəkdir.
    Tamaşalarda əsas obrazları teatrın tanınmış və istedadlı aktyorları Əməkdar artistlər Elşən Rüstəmov, Nofəl Vəliyev, Sövqi Hüseynov, Leyli Vəliyeva, Gülər Nəbiyeva, aktyorlar Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Elşən Hacıbabayev, Müşfiq Əliyev,Anar Seyfullayev, Venera Abbasova, Güşvər Şərifova, Mehriban Hüseynova və başqaları ifa edəcəklər.

Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX