Həftəsonu ADGTT-da 7 tamaşa nümayiş ediləcək



08.11.2017
     Hər həftə olduğu kimi bu həftə də ADGTT özünün daimi tamaşaçılarına və şəhərimizin qonaqlarına maraqlı repertuar tərtib etmişdir.
    Teatr bu həftə, noyabrın 10-da saat 15:00-da gənclər üçün bəşəriyyətin bəlasına çevrilmiş narkomaniya əleyhinə “Ağ ölüm” (V.Siqarev) , 11 noyabrda saat 19:00-da dahi M.Füzulinin nakam eşq dastanı olan “Leyli və Məcnun” , 12 noyabr saat 19:00-da xalqımızın yaddaşında qanlı 20 Yanvar hadisəsi kimi yazılmış, azadlıq uğrunda qurban getmiş şəhidlərimizin əziz xatirəsinə yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşalarını nümayiş etdirəcəkdir.
    Teatr həmişə olduğu kimi bu dəfə də kiçik yaşlı tamaşaçılarını unutmayıb. Belə ki, kollektiv uşaqlar üçün noyabrın 11-də saat 12:00 və 14:00-da Pərvinin “Dəcəl keçi”, 12-də ssat 12:00-da və 14:00-da “Qoğalın nağılı” tamaşalarını təqdim edəcəkdir.
    Tamaşalarda teatrın tanınmış aktyorları Əməkdar artistlər Nofəl Vəliyev, Rahib Əliyev, Nəsibə Eldarova, Nübar Novruzova, Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Rasim Cəfər, aktyorlar Manaf Dadaşov, Vüsal Mehrəliyev, Anar Seyfullayev, Günül Məmmədova, Asya Atakişiyeva, Müşfiq Əliyev, Eşqin Quliyev, Səbinə Məmmədova, Bəhram Həsənov, Ramil Məmmədov, Mehriban Hüseynova, İlham Əsədov , Sona Babayeva, Ədalər Əbdülsəməd və başqaları yer alıb.
    Tamaşalara biletləri mərkəzləşdirilmiş kassalardan və “Asan xidmət” filiallarından əldə edə bilərsiniz.

Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX