Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru

mükafatlandırılıb...



30.12.2016
     Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafata layiq görülüb. Nazirliyin “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif olunan direktor bu mükafata Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə, əldə etdiyi uğurlara görə layiq görülüb.
     Məlumat üçün bildirək ki, “Fəxri Mədəniyyət İşçisi” döş nişanı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin daxilində təsis olunan mükafatdır. Bu mükafat Azərbaycan teatr sənətinin inkişafında xüsusi xidmətləri olan mədəniyyət xadimlərinə verilir.

Teatrın mətbuat xidməti


Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX