Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru

beynəlxalq konqresə dəvət alıb...



29.12.2016
     Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov yeni ilin may ayında Keyptaunda beynəlxalq konqresdə iştirak edəcək.
     Konqres 2017-ci ilin may ayının 17-dən - 27-dək keçiriləcək. Cənubi Afrikada baş tutacaq “Yaradıcılığın beşiyi” adlı XIX ASSİTEJ Dünya Konqresi və Səhnə Sənəti Festivalı ASSİTEJ-Azərbaycan Milli Mərkəzi, onun həyata keçirdiyi layihələr üçün olduqca əhəmiyyətlidir. Konqres digər Milli Mərkəz rəhbərləri ilə yaxından tanış olmaq, onların iş prinsipləri, birgə əməkdaşlıq və yaradıcılıq mübadiləsi üçün əlverişli imkanlar yaradacaq.
     Dünyanın ən nüfuzlu teatr rəhbərlərinin iştirak edəcəyi XIX ASSİTEJ Dünya Konqresi və Səhnə Sənəti Festivalı yeni yaradıcılıq axtarışları, mədəni əlaqələrin inkişafı və genişləndirilməsi, ortaq layihələrin hazırlanması istiqamətində mühüm rol oynayacaq.

Teatrın mətbuat xidməti


Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX