Sərgüzəşti-vəziri-xani- Lənkəran


Dörd məclisdən ibarət komediya
Müəllif:Mirzə Fətəli Axundov
Quruluşçu rejissor
və səhnə tərtibatı :
Cənnət Səlimova (Хаlq Artisti)
Musiqi tərtibatı : Cavanşır Cəfərov (Xalq Artisti)
Rəqslərin quruluşu : Zakir Ağayev
Leyla Ağayeva
Rollarda:
Aparıcı - Nofəl Vəliyev (Əməkdar Artist)
Vəzir - Şövqi Hüseynov (Əməkdar Artist)
Hacı Salah - Seyidşah Məmmədova (Əməkdar Artist)
Ziba xanım - Leyli Vəliyeva (Əməkdar Artist)
Zülfiyyə Alhüseynova
Tamaşanın müddəti: 1 saat 20 dəqiqə fasiləsiz
Xülasə:Tamaşa o dövrdə şəhərdə hökm sürən hərcmərclikdən, bərabərsizlikdən bəhs edir. Hər tərəfi bürüyən acınacaqlı vəziyyət isə əslində şəhəri idarə edən Lənkəran xanının savadsızlığından irəli gəlir. Bu işdə ona sadiq vəziri yaxından kömək edir. Lakin gənc və gözəl Nisə xanım bu izdivaca qətiyyən razı deyil, çünki onun könlü xanın qardaşı oğlu Teymur ağadadır. Teymur ağa boylu-buxunlu, yaraşıqlı dost-tanışları arasında sayılıb-seçilən mərd bir cavandır. O da bu izdivaca qarşıdır və hər vasitə ilə əmisinə mane olmağa çalışır. Ona isə Nisə xanımın bacısı, həmçinin vəzirin ikinci zövcəsi Şölə xanım və anası Pəri xanım kömək edirdi. Vəzirin birinci arvadı Ziba xanım isə yaranmış vəziyyətdən şübhələnərək, onları ifşa etməyə çalışır. Lakin gənclərin sevgi uğrunda çəkdikləri əziyyət yerdə qalmır. Sonda Lənkəran xanının qayıqla gəzinti zamanı qəza nəticəsində qəfil ölümü onun yeganə varisi olan qardaşı oğlu Teymur ağanın tazta keçməsi və sevənllərin qovuşması ilə nəticələnir. Tamaşada hadisələrin çox dinamik şəkildə bir-birini izləməsi tamaşaçını yormur, əksinə zövq verir. O dövrü əks etdirən dekorasiya və geyimlər isə diqqəti cəlb edir.

Tamaşadan fotolar:


Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX