Şirinlər


Bir hissəli əyləncəli macəra
Quruluşçu rejissor: ELŞAD RƏHİMZADƏ
Tərtibatçı rəssam: ŞAHİN HÜSEYNLİ
Geyim üzrə rəssam: YEKATERİNA BIÇKOVA
Musiqi tərtibatı: İRADƏ MURADOVA
Mahnıların mətni: RƏNA MİRZƏYEVA
Tamaşanın plastik həlli: CEYHUN DADAŞOV
Rejissor assistenti: GÜNAY QASIMOVA
Tamaşanı idarə edirlər: Sevda Hacışəmiyeva, Günay Qasımova,
Sona Mustafayeva, Orxan Vahidoğlu
Rollar və ifaçılar:
Şirin baba - Ədalət Əbdülsəməd, Rəşad Səfərov
Şirin ata - Rasim Cəfərov (Əməkdar artist), Elnur Hüseynov
Şirin nənə - Şəfəq Əliyeva (Əməkdar artist), Zemfira Əbdülsəmədova
Şirinə - Günel Məmmədova, Asya Atakişiyeva
Eynəkli Şirin - Xəyalə Meydanova, Nuranə Hüseynova
Güclü Şirin - Anar Seyfullayev, Elgün Yəhyayev
Usta Şirin - Anar Səfiyev, Xaliq Bəkirov
Tənbəl Şirin - Nuriyyə Əliyeva, Aygün Fətullayeva
Qarqamel - Ramil Məmmədov, Bəhram Həsənov
Azman pişik - Könül Əbilova, Hüsniyyə Əhmədova
Tamaşanın müddəti:1 saat
Xülasə: Şirinlər ailəsi əsl-həqiqətdə bir-biri ilə şirin münasibətdədirlər. Lakin belə münasibəti gözü götürməyən Qarqamel kimi şər qüvvəli varlıqlar onların arasına nifaq salmağa çalışırlar. Lakin birlik və ağıl bütün pisliklərin qarşısını alır. Bir hissəli bu macəra tamaşası uşaqları qarşılıqlı yardımlaşmağa, ailədə mehribançılığa, dostluqda sədaqətə səsləyir. Tamaşada darda olan dostlara kömək etmək, sədaqət, humanizm kimi gözəl ideyalar öz əksini tapır. Çox gözəl nağıl dekorasiyası, maraqlı rəqsləri, mahnı və musiqiləri olan bu tamaşa uşaqların əylənməsi və mənəvi qidalanması üçün gözəl vasitədir.

Tamaşadan fotolar:


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX