Şeyx Sənan


İki hissəli faciə
Müəllif:Hüseyn Cavid
Quruluşçu rejissor: CƏNNƏT SƏLİMOVA (Xalq Artisti)
Quruluşçu rəssam: TAİR TAİROV (Xalq Rəssamı)
Bəstəkar: FİRUDİN ALLAHVERDİ
Rollar və ifaçılar:
Şeyx Kəbir - Rövşən Abbasov
Şeyx Abuzər - Rahib Əliyev (Əməkdar Artist)
Zəhra - Gülər Nəbiyeva (Əməkdar Artist)
Şeyx Sənan - Şövqi Hüseynov (Əməkdar Artist)
Xumar - Leyli Vəliyeva (Əməkdar Artist)
Tamaşanın müddəti: I hissə - 1 saat 5 dəqiqə
II hissə - 35 dəqiqə
Xülasə: Böyük tolerantlıq ideyası ilə görkəmli dramaturqun yazdığı bu pyesdə mənəviyyatlar savaşı ilə insanlar üz-üzə dayanmışlar. Böyük Cavid sülhpərvər duyğularına həm də İlahi sevgi və onun əbədiliyi ideyasını qataraq gözəl bir pyes yazmışdır. Böyük Cavid sülhpərvər duyğularına həm də İlahi sevgi və onun əbədiliyi ideyasını qataraq gözəl bir pyes yazmışdır. Faciə janrında olan pyes və onun əsasında hazırlanmış tamaşada istər-istəməz ona baxan hər tamaşaçı özünün qənaətlərini dəqiqləşdirir: yaşadığım bu dünyada düzmü mövqe tutmuşam? Mənim insanlığa, bəşəriyyətə nə dərəcədə xeyrim dəyib? Özünün sekulyarlığı və didaktik cəhətilə məxsusi fərqlənən bu pyesdə iki millətin nümayəndələri, iki din və əqidə daşıyıcıları arasında baş verən hadisələr tamaşaçıda dərin təəssüf hissi oyatmaqla yanaşı, həm də müasir dünyaya, demokratik bir cəmiyyətə də fərəh hissi ilə baxmağa sövq edir. Tamaşanın klassik üslubda geyimi, diqqətçəkən dekorasiyası, həm də gözəl musiqi dramaturgiyası var.

Tamaşadan fotolar:


Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX