Bizə yazırlar ...



Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2011-ci ildən “Rəy kitabı” mövcuddur.
Bu kitabda müxtəlif təhsil müəssisələrinin müəllim, şagird, valideyn və tələbə kollektivi,
eləcə də sıravi tamaşaçıların, xarici ölkə vətəndaşlarının rəyləri yer alıb.
Rəylər həm uşaq, həm də böyük tamaşalarına yazılıb. Kitabdan ən maraqlı
fikir və rəyləri oxucularımızın diqqətinə təqdim edirik.


Bu gün 249 saylı məktəbin 4b sinif şagirdləri ilə “Əlibaba və qırx quldur” tamaşasına baxdıq. Şagirdlərimin və mənim təəssüratlarımız çox müsbət oldu. Şagirdlərimizin üz ifadələrindən tamaşanı çox bəyəndiklərini görmək olurdu. Tamaşa çox maraqlı keçdi. Bütün iştirak edən aktyorlara öz təşəkkürümüzü bildiririk.
249 saylı məktəb Abbasova Günay
04.03.2017


               
Biz artıq üçüncü dəfədir ki, “Dəcəl keçi” tamaşasına gəlirik. Uşaqların ən sevimli tamaşasıdır. Hətta deyərdim ki, biz də hər dəfə çox böyük maraqla izləyirik bu tamaşanı. Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə belə gözəl tamaşalara görə təşəkkür edirik.
Qaraşova Leyla
25.02.2017


               
Tamaşa çox maraqlı idi. Mən teatr teatr rəhbərliyinə və aktyor heyətinə öz minnətdarlığımı bildirirəm. Işlərində müvəffəqiyyətlər arzulayıram.
Əhmədova Xəyalə
18.02.2017


Tamaşa çox maraqlı və əyləncəli idi. Şagirlər maraq və həyəcanla sona kimi izlədilər. Təşəkkürlər.
142 saylı tam orta məktəb Abdullayeva Dilarə
28.01.2017


Biz “Qırmızı papaq” tamaşasına baxdıq. Tamaşanı çox bəyəndik. Aktyorlar öz tollarını çox gözəl ifa edirdilər. Şagirdlərin çox maraq və həvəslə tamaşaya baxırdılar. Inanıram ki, bu tamaşa qış tətili üçün onlara əla istirahət oldu. Minnətdarıq.
142 saylı tam məktəb Süleymanova B.
28.01.2017


               
Bu günkü “Çəkməli pişik” tamaşası çox gözəl və rəngarəng idi. Aktyor və aktrisalar çox ürəklə oynayırdılar. Uşaqların zövqünə və marağına uyğun tamaşa idi. Tamaşadakı musiqilər müasir və dinamik idi. Təpəgözün geyimi daha maraqlı və əyləncəli idi. Ümumiyyətlə tamaşada oynayan aktyor heyətini çox bəyəndim. GTT kollektivinə belə maraqlı və əyləncəli tamaşalar hazırladıqlarına görə öz minnətdarlığımı bildirirəm.
21.01.2017

Bu gün baxdığımız “Aycan” tamaşası çox rəngarəng və dinamik, dekorlar isə çox al-əlvan, gözəldir. Aktyorlar öz rollarına qarşı çox məsuliyyətlidirlər, öz rollarının öhdəsindən çox peşəkarcasına gəldilər. Musiqini də xüsusilə çox bəyəndik. Qızımdan rəyini soruşdum, tamaşanı çox bəyəndiyini dedi.
Aktyor truppasına, köməkçi heyətə, ümuiyyətlə teatrın rəhbərliyinə və bütün kollektivinə minnətdarlığımı bildirirəm. Teatrın kollektivinə yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.
Xankişiyeva İlhamə
14.01.2017


               
Qızım Məryəmlə həmişəki kimi bu həftə də Gənc Tamaşaçılar Teatrına gəldik. Bu gün “Uzuncorab Pippi” tamaşası oldu. Olduqca maraqlı, əyləncəli bir tamaşa idi. Qızım və zaldakı digər uşaqların əyləndiyinin şahidi oldum. Tamaşada iştirak edən aktyorlara min-min təşəkkürlər.
Qasımova Vüsalə
07.01.2017


               
“Bu gün ikinci dəfədir ki, Gənc Tamaşaçılar Teatrında oluruq. Mən çox şadam ki, göstərilən tamaşaların izləyicisiyəm. Nəinki mən, eyni zamanda oğlum Mirzəli də sizin tamaşaları sevə-sevə izləməyə gəlir. Sizə və kollektivinizə daha gözəl tamaşalar yaratmağı arzulayıram. Sizi və kollektivinizi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edirəm”.
Zəminə Rzazadə


“Uzuncorab Pippi” tamaşasının təşkilatçılarına və aktyor heyətinətəşəkkür edirik. Tamaşadan məmnun qaldıq. Uğurlar arzu edirik”!
Şəhla İsmayıl
03.12.2016


               
“Salam. 26.11.2016-cı il tarixində “Qoğalın nağılı” tamaşasına gəldik. Tamaşadan çox məmnun qaldıq. Aktyorlara və burada işləyən hər kəsə gözəl rəftara görə öz minnətdarlığımı bildirirəm. Çox gözəl təəssüratlarla buradan ayrılırıq. Çox sağ olun, var olun. Gələn görüşlərədək”.
Fidan
26.11.2016


               
“Tamaşa həddən artıq gözəl idi. Aktyorlar çox həvəs və məharətlə öz rollarını ifa edirdilər. Elə buna görədir ki, mən öz uşaqlarımı sizin tamaşalara tez-tez gətirirəm. Həmişə belə olun”.
Günay İskəndərova
19.11.2016


“Balaca və damda yaşayan Karlson” tamaşası çox maraqlı oldu. Uşaqlar tərəfindən çox maraqla qarşılandı. Səhnə tərtibatından aktyorlara qədər demək olar ki, hər şey çox mükəmməl idi. Bu gözəl günə görə əməyi keçən hər kəsə təşəkkürlər”.
T.Qasımov
19.11.2016


               
“Buratinonun macəraları” tamaşasında öz sinfimlə iştirak edirəm. Tamaşa çox maraqlı idi. Aktyorlar çox məharətlə öz rollarını ifa edirdilər. Səhnə dekorasiyası hər şeyi tamamlayırdı. Musiqi və işıq effekti bunlara xüsusi gözəllik vermişdi. Buratino, Tortilla, Papa Karlo xüsusilə xoşumuza gəldi. Bütün tamaşa boyu şagirdlərimin sevincini hiss etdim. Bunun üçün mən həm öz adımdan, həm də şagirdlərimin adından bu tamaşada əməyi olan hər bir kəsə öz dərin minnətdarlığımı bildirirəm. Gələcək işlərinizdə sizə açıq yol”.
Hömətlə, 71 saylı məktəbin müəllimi Mətanət Rəcəbova
18.11.2016


               
“Suraxanı rayonu 316 saylı məktəb şagirdləri ilə birlikdə baxdığımız “Buratinonun macəraları” tamaşasını çox bəyəndik. Aktyorlar, səhnə tərtibatı çox maraqlıdır. Gənc Tamaşaçılar Teatrında baxdığımız “Ələddinin sehrli çırağı”, “Göyçək Fatma”, “Danışan gəlincik” tamaşaları şagirdlərimizin çox xoşuna gəlir. Zəhmət çəkən aktyorlara uğurlar arzulayıram. Allah hamınıza kömək olsun. Maaşlarını yüksəltsin. Incəsənət adamlarına daha çox tələb var”.
316 saylı mətəb Xəyalə Sadıqova
18.11.2016


               
“Salam. Mən bura 2 övladımla gəlmişəm. Tamaşa çox xoşumuza gəldi. Mən həmişə övladlarımı bura gətirirəm. Biz 132-134 saylı Təhsil Kompleksinin uşaqları ilə gəlmişik. Tamaşanız çox maraqlıdır. Qızım tülkünü çox sevir. Deyir, tülkü hiyləgər yox, ağıllıdır.. Siz bizim uşaqları çox sevindirdiniz. Buna görə və ən əsası bu tamaşaya görə sizə minnətdarlığımızı bildiririk”.
Abdullayeva Aytən
12.11.2016


               
“Bu gün ilk dəfə “Əlibaba və qırx quldur” tamaşasına baxdıq. Tamaşa çox xoşumuza gəldi. Bundan sonra da belə tamaşalar tez-tez olsun, biz də həvəslə gəlib izləyək. Gənc Tamaşaçılar Teatrına çox böyük təşəkkürümü bildirirəm”.
Yasamal rayon Əlillər Cəmiyyəti Ceyhuna Qənbərova
23.10.2016


               
“Teatra ilk gəlişimdir. Baxdığımız “Əlibaba və qırx quldur” tamaşası çox xoşumuza gəldi. Maraqlı səhnələr, obrazlar, insanlara fikirlərini çox gözəl izah edirlər. Bundan sonra daha çox, tez-tez tamaşalarda iştirak edəcəyik”.
Nərmin Hüseynova
23.10.2016


               
“3-cü sinif şagirdləri ilə “Çirkin ördək balası” tamaşasına baxmağa gəlmişik. Tamaşa gözəl və yüksək səviyyədə hazırlanıb. Bir müəllimə kimi çox məmnunam ki, şagirdlərimlə bu gün buradayam. Inanıram ki, bu onların dünyagörüşünə və sosiallaşmasına müsbət təsil edəcək. Əməyi olan hər bir kəsə sonsuz təşəkkürlər”.
103 saylı məktəbin müəlliməsi Nərminə Məmmədova
22.10.2016


               
“Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı hər zaman uşaqlarımızın qayğısına qalır. Bu gün də “Çirkin ördək balası” tamaşasına baxmağa gəldik. Yenə yüksək səviyyədə təşkil olunmuşdu. Körpələrimizin dünya görüşündə əvəzsiz xidmətlərinə görə kollektivə və rəhbərliyə təşəkkür edirəm. Tamaşa uşaqların çox xoşuna gəldi. Sağ olun!”
Səbinə Xəlilova
22.10.2016


               
“Gənc Tamaşaçılar Teatrında səhnələşdirən bütün tamaşaları həmişə yüksək səviyyədə olur. Dəfələrlə burada olmuşuq. Çox bəyənirik. Uşaqlar üçün olmasına baxmayaraq biz böyüklər də böyük maraqla izləyirik. Aktyorlar çox peşəkardır.
Halal olsun. Necə deyərlər: “Sükanı belə saxlayın!”
Lamiyə Qasımova
18.09.2016


Uşaqların Qırmızı papaqla (“Qırmızı papağın nağılı”) ilk görüşü idi. Mən, ilk növbədə uşaqların rəyini qeyd etmək istəyirəm:
- “Müəllimə, bura elə bil sehirlidireee!!!”
- “Ay müəllimə, necə maraqlıdır...”
- “Müəllimə, yenə gələk də...”
Mənə elə gəlir ki, uşaqların bu sadəlövh rəylərinin üzərinə nə isə demək lazım deyil. Buna baxmayaraq qeyd etməliyəm ki, teatrın tərtibatı, aktyorlar – hər şey əla idi. Bizim mədəni istirahətimizin xoş keçməsində oynadığınız rola görə hamınıza təşəkkürlər.
125 saylı orta məktəbin müəlliməsi Babayeva Püstə
31.05.2015


               
226 saylı məktəbin şagirdləri Gənc Tamaşaçılar Teatrının tamaşalarında tez-tez iştirak edir. Tamaşalar bir-birindən maraqlı və rəngarəngdir. Bu günkü tamaşa öz ecazkar dizaynı və məzmunu ilə diqqətimi daha çox cəlb etdi. Zəngin tərtibatı ilə obrazları canlı ifa edən aktyorları da xüsusi qeyd etmək istəyərdim. Şagirdlər maraqla tamaşadakı (“Ələddinin sehrli çırağı”) hadisələri izləyirdilər. Teatrın aktyorlarına və işçi qrupuna teatrın rəhbərliyi başda olmaqla minnətdarlığımı bildirirəm.
226 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi Məhədova Səadət
30.05.2015


Bir valideyn kimi deyə bilərəm ki, uşaqlar üçün çoxdan belə tamaşaya (“Çirkin ördək balası”) baxmamışdıq. Bu gün çox heyran qaldıq. Tamaşa möhtəşəm, aktyorlar super. Bravo! Tamaşaçılar da çox məmnun. Afərin bu teatrın kollektivinə!
Salmanova Sevil
23.05.2015


Gənc Tamaşaçılar Teatrında olan mədəni mühit övladlarımızın tərbiyə olunmasında böyük rol oynayır. Kollektivə ən xoş arzularımızı bildiririk. Gözəl tamaşalarla bizləri sevindirdikləri üçün sonsuz təşəkkürlər.
Filologiya üzrə fəlsəfə doktoru Həsənova Nigar
(“Şəngülüm, Şüngülüm, Məngülüm” tamaşası)
10.05.2015

Çox hörmətli Gənc Tamaşaçılar Teatrının kollektivi!
Bu günkü tamaşa (“Danışan gəlincik”) mənim balaca qızımın çox xoşuna gəldi. Sizə uğurlar arzu edirəm. Tamaşalarınızı izləyirik. Hər bir aktyorunuza ayrı-ayrılıqda təşəkkür edirəm! Allah sizi qorusun!
Paşayeva Günay
02.05.2015

Əziz və hörmətli teatr təşkilatçıları!
Tamaşa (“Çirkin ördək balası”) mənim və şagirdlərimin çox xoşuna gəldi. Demək olar ki, hər ayda 2 dəfə tamaşalarınıza baxmağa gəlirik. Artistlərin geyimindən tutmuş, səhnə tərtibatına qədər hər şey yüksək səviyyədə təşkil olunmuşdur. Hər şeyə görə təşəkkür edirik.
226 nömrəli tam orta məktəbin müəllimi Rəna Cəbiyeva
26.04.2015

Əziz Gənc Tamaşaçılar Teatrı!
Sizə öz ailəmiz adından gözəl tamaşaya (“Dəcəl keçi”) görə dərin təşəkkürümüzü bildiririk. Uşaqların gələcək şəxsiyyət kimi yetişməsi və cəmiyyətə yararlı insan kimi formalaşmasında göstərdiyiniz əməyə görə dərin təşəkkürümü bildirir, müvəfəqqiyyətlər arzu edirəm.
Böyükkişiyevlər ailəsi adından Böyükkişiyev Cavid
25.04.2015


Hörmətli Gənc Tamaşaçılar Teatrının kollektivi!
Bu gözəl “Tıq-tıq xanım” tamaşası və uğurlu çıxışınıza görə təşəkkür edirik. Sinfimin şagirdləri çox əylənirlər. Aktyor və aktrisalarınız həqiqətən çox təbii rol aparırlar. Bura mütəmadi gəlməyi düşünürük. Bütün işlərinizdə uğurlar.
287 saylı “Zəkalar” liseyinin 2d sinfi və müəlliməsi Quliyeva Nazilə
12.04.2015


Hörmətli Gənc Tamaşaçılar Teatrının kollektivi!
Bugünkü “Buratinonun macəraları” tamaşası uşaqlara dostluqda sədaqətli olmağı, haqsızlıq, ədalətsizlik qarşısında necə davranmaları gərəkdiyini aşılayır. Bu da uşaqların tərbiyəsində mühüm rol oynayır. Məncə bu tamaşa əsl insanlıq dərsidir.
Sizə sonsuz təşəkkürlər.
81 saylı Ağdam tam orta məktəbinin ingilis dili müəlliməsi
Qəhrəmanova Aytən
11.04.2015


Bu gün baxdığım tamaşa çox xoşuma gəldi. “Danışan gəlincik” tamaşası o biri tamaşalarınız kimi çox rəngarəngdir. Əsasən kostyumlar çox gözəldir. Belə maraqlı tamaşalar üçün teatr kollektivinə təşəkkür edirəm.
Təhminə xanım
31.05.2014


Mən bu gün oğlanlarımıa “Dörd əkizin nağılı” tamaşasına baxdım. Dekorasiya, aktyor oyunu, tamaşadakı rəngarənglik, kostyumlar çox maraqlı, gözəl və ürəkaçıcı idi. Mən çox sevinirəm ki, günü-gündən inkişaf edən ölkəmizdə teatrımız da məhz bu yoldadır. Sizə, teatrınıza və aktyorlarınıza daima inkişaf etməyi, körpələrimizi sevindirməyi və uğurlarınızın davamlı olmasını arzulayıram.
Tağıyeva Firuzə
20.04.2013


“Əlibaba və qırx quldur” tamaşası çox xoşuma gəldi. Gəldiyimə görə çox sevindim. Artıq sizin daimi tamaşaçınızam. Ayın 26-sı “Tıq-tıq xanım” tamaşasına da gələcəyəm. Aktyorlarınız çox peşəkar və maraqlıdırlar.
Öksüz Pərvinə
12.01.2013


Həmişəki kimi yenə də bizi heyrətləndirdiniz! Gözəl kostyumlar, dekorasiyalar, aktyor oyunu çox gözəldir! Təşəkkür edirəm bele gözəl tamaşaya (Rəvayəti Şahzadeyi Xəzər) görə!
Azərbaycan Televiziyasının əməkdaşı Sevda Ağazadə
14.10.2012


05.05.2012-ci il tarixində 91 nömrəli məktəbin şagird və müəllim kollektivi ilə Gənc Tamaşaçılar Teatrında “Qarac qız” tamaşasına baxdıq. Tamaşa çox xoşumuza gəldi. Məni uşaqlığıma, məktəb illərimə qaytardı. Məktəbdə oxuyarkən bu teatr bizim üçün ən doğma yer idi. Biz məktəbdə keçdiyimiz əsərlərə məhz bu teatrda baxmışıq. H.Sadıqovu bu səhnədə görmüşük. Bu gün S.S.Axundovun “Qaraca qız” tamaşası çox yüksək səviyyədə səhnəyə qoyulmuşdur. Məktəbin kollektivi və öz adımdan teatrın bütün kollektivinə öz təşəkkürümüzü bildirirəm. Bu səviyyədə tamaşalara bizim gənc nəslin çox ehtiyacı var.
91 nömrəli məktəbin müəlliməsi Əmirova N.
05.05.2012


“Mənim ağ göyərçinim” tamaşasına baxdım. İlk hissədən məndə maraqlı təəssüratlar oyatdı. Çox maraqlı idi!!!
Xəzər Universiteti Kimya-biologiya fakültəsinin tələbəsi
28.02.2012


Pedoqoji fəaliyyətimiz boyu şagirdlərimizə yaxşılıq etməyi, pislikdən uzaq olmağı öyrədirik. “Nə əkərsən, onu da biçərsən”, “Yaxşılığa yaxşılıq, yamanlığa da yaxşılıq” ideyasını onlara təlqin edirik. Bu baxımdan Gənc Tamaşaçılar Teatrının hazırladığı tamaşalar (eləcə də bu gün baxdığımız “Xeyir və Şər” tamaşası) çox məqsədəuyğundur. Bu işi, vəzifəni həyata keçirməyə bizə çox yardımçı olur. Canlı olaraq şagirdlərin Xeyirlə Şərin mübarizəsini seyr etməyi bu təsiri gücləndirir. 214 saylı məktəbin 3ç sinif kollektivi adından teatrın kollektivinə dərin təşəkkürümüzü bildiririk. Sizə gələcək tamaşalarda uğurlar və daim anşlaq arzulayırıq.
214 saylı məktəbin müəlliməsi Ələkbərova Gülər
21.05.2011


Mən, Əhmədova Səidə, 316 nömrəli orta məktəbin Azərbaycan dili, ədəbiyyat müəlliməsiyəm.bu gün C.Cabbarlının “Aydın” əsərinə hazırlanmış tamaşaya baxdıq. Düzü, mən çox zövq aldım. Səhnə tərtibatı, aktyor və aktrisaların olduqca gözəl, real oynamarlı məni daha çox valeh etdi. Düzü, mən məhz bu teatrda ilk dəfəyəm. Amma bu gün özüm özümə söz verdim ki, bu teatrın mütəmadi tamaşaçısı olacağam. Bütün müəllim və uşaq kollektivimiz zövq aldı, tam səmimi olaraq bunu deyirəm. Bu gözəl günü, gözəl saatları bizə bəxş etdiyinə görə teatrın öncə müdiriyyətinə, daha sonra isə əziyyəti olan bütün kollektivə 316 nömrəli orta məktəbin adından xüsusi təşəkkürümüzü bildiririk.
Azərbaycan dili, ədəbiyyat müəlliməsi: Əhmədova S.
Azərbaycan dili, ədəbiyyat müəlliməsi: Quliyeva P.
Coğrafiya müəlliməsi: Hüseynova P.
Əmək müəlliməsi: Quliyeva Y.
İbtidai sinif müəlliməsi: Nağıyeva T.
14.05.2011


Tamaşa (“Göyçək Fatma”) çox əsrarəngiz və gözəl idi. Bizi öz aləmimizdən alıb keçmişimizə apardı. Şagirdlərimi və valideynlərimi o qədər maraqlandırmışdır ki, heç kəsin, hətta dəcəllərimin belə səsi çıxmırdı. Hamısı maraqla tamaşanı izləyirdilər. Tamaşada gözəl kostyumlar seçilmişdi. Milli musiqimiz göz, könül oxşayırdı. Nağılın məzmunu uşaqlara maraqla çatdırıldı. Aktyorların istedadı göz qabağındadır. Bu gözəlliyi bizə yaşatdığınız üçün bütün kollektivə öz minnətdarlığımı bildirirəm.
27 saylı məktəbin ibtidai sinif müəllimi İsmayılova Şəhla
30.04.2011






Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX