Qırmızı papaq


Musiqili birbaşa, fasiləsiz tamaşa
Müəllif:Yevgeni Şvarts
Quruluşçu rejissor: BƏHRAM OSMANOV (Əməkdar İncəsənət Xadimi)
Quruluşçu rəssam: ELŞƏN SƏRXANOĞLU
Bəstəkar: SƏRDAR FƏRƏCOV (Əməkdar İncəsənət Xadimi)
Rəqslərin quruluşu: VÜSAL MEHRƏLİYEV
Rejissor assistenti: SONA MUSTAFAYEVA
Rollar və ifaçılar:
Qırmızı papaq - Günel Məmmədova, Səbinə Məmmədova
Qırmızı papağın anası - Hüsniyyə Əhmədova, İlqarə Tosova
Qırmızı papağın nənəsi - Almaz Mustafayeva (Əməkdar Artist), Məsumə Babayeva
Ağqulaq - Zümrüd Quliyeva
Tülkü - Zülfiyyə Alhüseynova, Xalidə Əliməmmədova
Canavar - Elşən Hacıbabayev
Ayı - Müşviq Əliyev
Meşəbəyi - Ədalət Əbdülsəməd, Aydın Dəmirov
Tamaşanın müddəti:1 saat 10 dəqiqə
Xülasə: Qırmızı papaqlı qız uzaqda yaşayan nənəsinə süd və piroq aparmaq istəyir. Lakin anası qorxur. Bilir ki, bu yollar çox təhlükəlidir. O yolda ayı, canavar, tülkü kimi heyvanlar var. Buna baxmayaraq, Qırmızı papaq yola düzəlir. O, həqiqətən yollarda belə çətin maneələrlə qarşılaşır. Lakin eyni zamanda sədaqətli Dovşan və quşlar da var. Hətta Ayı belə nadan Tülkü ilə Canavarın əleyhinə çıxır, Qırmızı papağa kömək edirlər. Bütün çətinliklərə baxmayaraq, Qırmızı papaq gəlib nənəsinin yanına çatır. Lakin Canavar hiylə işlədib bu evə gəlir, əvvəlcə Qırmızı papağı, sonra nənəsini udur. Xeyirxah Meşəbəyinin sayəsində qızcığaz da, nənə də xilas olurlar. Elə tamaşanın da qayəsi budur ki, insanlar xeyirxah olmalı, bir-birinə kömək etməli, dostluqda sədaqət nümunəsi göstərməyi bacarmalıdırlar.

Tamaşadan fotolar:


Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX