Yalqız Qərb (“Yalqız Qərb” pyesi MakDonahın

“Lineyn Trilogiyasını” başa çatdırır.)


İki hissəli melodram
Müəllif:Martin Makdonax
Quruluşçu rejissor:YAN VİLEM VAN DEN BOŞ (Böyük Britaniya)
Quruluşçu rəssam: LİZA KUK Böyük Britaniya
Rəssam: ELŞƏN SƏRXANOĞLU
İşıq üzrə rəssam: MAYKL MANYON Böyük Britaniya
Musiqi tərtibatı: ZAUR RƏŞİDOV
Rejissor: GÜLNAR HACIYEVA
Rollar və ifaçılar:
Qörlin Kelleqer - Asya Atakişiyeva
Uelş ata - Anar Səfiyev
Haulmen qerbor - Rəşad Səfərov
Balin qerbor - Rasim Cəfərov (Əməkdar artist)
Tamaşanın müddəti:I hissə - 50 dəqiqə
II hissə - 1 saat
Xülasə:Atalarının bədbəxt hadisə kimi qələmə verilmiş ölümündən sonra iki qardaşın arasındakı dava-söyüşmə səngimir. Balin və Koulmən ilə tanışlığımız dərhal atalarının dəfnindən sonra baş tutur. Qardaşı ilə söyüşüb savaşarkən, Koulmən açıqlayır ki, saç düzümünü lağa qoyan atasının başına tüfəngi dirəyib qəsdən atəş açmışdır. Hər hansı sıxıntı və ya təəssüf hissi keçirməyən qardaşın bu etirafı pyesin ümumi tonu və tərzini əks etdirir. Onların aləmində barışığa və əfvə yer varmı? Biz yenə sivilizasiyadan uzaq olan İrlandiyanın ucqar guşəsinə səyahət edərək, addımbaşı söyüşən, lakin emosional və mənəvi düyünlərlə bir-birinə bağlı olan insanların həyatına şahid oluruq. Pyes, qara komediya üslubuna sadiq olaraq, tamaşaçıları çaşqınlığa salaraq, gah güldürür, gah da küt səssizlik içində mat-məəttəl təəccübə qərq edir.

Tamaşadan fotolar:


Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX