Uzuncorab Pippi


Bir hissəli müzikl
Quruluşçu rejissor: BƏHRAM OSMANOV (Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi)
Quruluşçu rəssam: ELŞƏN SƏRXANOĞLU
Bəstəkar: SEBASTİAN /Danimarka/
Orenjemançı: RÜFƏT RAMAZANOV
Rejissor assistenti: SONA MUSTAFAYEVA
Məsləhətçi: RONNİ DANİELSSON /İsveç/
Rollar və ifaçılar:
Pippi - Zümrüd Quliyeva, Xəyalə Meydanova
Tommi - Anar Seyfullayev
Annika - Gülbəniz Mustafayeva, Aygün Fətullayeva
Xanım Prisselius - Nəsibə Eldarova (Əməkdar Artist), Güşvər Şərifova
Xanım Qrenberq - İlqarə Tosova, Venera Abbasova
Marian Setterqran - Hüsniyyə Əhmədova, Xalidə Əliməmmədova
Müəllim - Gülər Nəbiyeva (Əməkdar Artist), Könül Əbilova
Uzuncorab kapitan - Eyvaz İbrahimov, Müşfiq Əliyev
Tamaşanın müddəti:1 saat
Xülasə:Astrid Lindqrenin eyniadlı romanının motivləri əsasında səhnələşdirən: Stafan Qotestam
Anasız Pippinin atası da dənizdədir. O, tənha qalıb. Belə bir vaxtda onun ən yaxın dostu meymun, bir də atdır. Buna baxmayaraq, o, özünə yeni dostlar da tapır. Lakin bu dostların anası və ətraf Pippinin sərbəstliyini, qeyri-adi hərəkətlərini anormal sayırlar.
Sosial təminat şöbəsi isə onu uşaq evinə göndərmək üçün çalışır. Son anda atası gəlib qızını onu anlamayan insanların əlindən qurtarır.
Tamaşada sahibsiz qalanlara sahib durmaq, köməksizlərə əl uzatmaq, vətənpərvər, insanpərvər olmaq, ailə tərbiyəsinin əhəmiyyəti barədə çoxlu fikirlər səslənir.
Gənc tamaşaçılar üçün böyük tərbiyəvi əhəmiyyəti olan bu tamaşa aktyor oyunu, gözəl dekorasiyası və bir sıra yaxşı məziyyətləri ilə maraqla baxılır.

Tamaşadan fotolar:


Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX