Pəri cadu


İki hissəli mistik faciə
Müəllif:Ə.B.Haqverdiyev
Quruluşçu rejissor və tamaşanın plastik həlli: NİCAT KAZIMOV (Əməkdar Artist)
Quruluşçu rəssam: LƏTİFƏ QULUZADƏ
Musiqi tərtibatı : İRADƏ MURADOVA
Tryukların quruluşu: İSA ƏSƏDOV
Rejissor assistenti: MANAF DADAŞOV
Rollarda:
Pəri Cadu - Kəmalə Hüseynova (Əməkdar Artist)
İblis - Nicat Kazımov (Əməkdar Artist)
Şamama Cadu - Naibə Allahverdiyeva (Əməkdar Artist)
Sevinc Mehrəliyeva
Təlxək əcinnə - Rasim Cəfərov
Dərviş, Niyaz - Eyvaz İbrahimov
Hafizə xanım - Mehriban Abdullayeva
Nəsibə Eldarova (Əməkdar Artist)
Əmrah - İlham Əsədov
Qurban - Elşən Rüstəmov
Vüsal Mehrəliyev
Səlimə - Güşvər Şərifova
Təhminə Məmmədova
Tamaşanın müddəti:I hissə - 1 saat 10 dəqiqə
II hissə - 1 saat
Xülasə: Tamaşada Xeyir (Mələk) və Şərin (İblis) daimi mübarizəsindən bəhs olunur. Əsərin qəhrəmanı Pəri ərindən və bütün kişi tayfasından qisas almaq üçün İblislə müqavilə bağlayaraq füsunkar bir Pəridən qisasçı Pəri Caduya çevrilir. Qurban obrazı var-dövlət, şöhrət şöhvət hərisliyinin insanı hara sürüklədiyini göstərir. əsərdə iki cəbhə açıq aydın görünür. Mələk tərəfdə Səlimə, Rəhim, Çoban, Iblis tərəfdə isə Şamama Cadu, Pəri, Hafizə və əcinnələr əsas obrazlar kimi verilir. Əsərdə rəmzi şərtiliklərdən istifadə olunmuşdur. Bütün səhnə İblisin toxuduğu hörümçək toru ilə əhatə olunmuşdur. Tamaşaya Z.Freyd nəzəriyyəsi ilə yanaşılıb. Tryuklardan istifadə olunub. Tamaşaçılar bu əsərdə həm çox faciəli səhnələrin, həm də komik səhnələrin şahidi olur, eyni zamanda heyrətamiz təntənə yaşayır. Ə.Haqverdiyevin əsərindən fərqli olaraq tamaşada İblis törətdiyi bütün faciələrə baxmayaraq sonda Xeyir Şərə qalib gəlir. Azərbaycan dramaturgiyasının mühüm simalarından sayılan Ə.Haqverdiyevin “Pəri Cadu” mistik faciəsi çox ciddi insani problemlərin kontekstində həll olunmuşdur. Tamaşa üz-üzə dayanan xeyirxah və şər qüvvələr məslək və əqidə uğrunda mübarizə aparırlar. Ani hissə qapılmanın nə qədər yalnış olduğunu, vara-dövlətə uyub öz doğma balasından keçən Qurban kimilərin təəssüf və kədər hissi doğurur. əcinnələr arasında öz insani duyğularını qoruya bilməsə də, sonradan şüuri oyanma zamanı Qurban İblisxislətliləri məhv etmək priyomunu seçir və bu yolda onları məhv edir. Lakin buraxdığı səhvlər və etdiyi günahlar onun özü üçün dərin uçurumlar yaratdığından Qurban özü də məhrum olur. beləliklə, mistik faciə janr tələblərinə uyğun olaraq, öz real halını tapır. Tamaşada rəqslər, musiqi nömrələri onun daha da baxımlı olmasına yardım göstərir. Tamaşa 2007-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatına layiq görülmüşdür.

Tamaşadan fotolar:


Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX