Eşq-i Nigar


Bir hissəli xalq dastanı
Quruluşçu rejissor: AYLA HƏŞİMOVA
Quruluşçu rəssam: ELŞƏN SƏRXANOĞLU
Musiqi tərtibatı: AMALİYA ÖMƏROVA
Oranjеman: RAMİQ NƏSİROV
Tamaşanın plastik həlli: CEYHUN DADAŞOV
Rejissor assistentləri: SONA MUSTAFAYEVA, GÜNAY QASIMOVA,
SEVDA HACIŞƏMİYEVA
Rollar və ifaçılar:
Nigar - Zülfiyyə Alhüseynova
I aktyor - Manaf Dadaşov
II aktyor - Aydın Dəmirov
III aktyor - Ramiq Nəsirov
IV aktyor - Eyvaz İbrahimov
V aktyor - Vahid Orucoğlu
VI aktyor - İlham Əsədov
VII aktyor - Anar Seyfullayev
VIII aktyor - Anar Səfiyev
IX aktyor - Ramil Məmmədov
X aktyor - Elgün Yəhyayev
Tamaşanın müddəti:1 saat 15 dəqiqə
Xülasə: Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Bakı Yunis Əmrə İnstitutu ilə birgə layihəsi əsasında hazırlanmış “Eşq-i Nigar” tamaşası türkdilli xalqların məşhur Koroğlu qəhrəmanına Nigarın nəzərindən baxışlarını əks etdirir. Bu beynəlxalq layihə əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ayla Həşimova dastanın lirik məqamları ilə yanaşı, onun bir qəhrəmanlıq dastanı olduğunu nəzərə alaraq, mərdlik, cəsarət, vətənpərvərlik motivlərini ön plana çəkmişdir. Tamaşa yeniyetmə və gənclərə milli mənafeni qorumaq, mübarizlik, qəhrəmanlıq və sədaqət kimi duyğuları təlqin edir. Azərbaycan və türk xalqlarının nəcibliyini özündə əks etdirən tamaşa musiqisi, plastik həlli, klassik geyimləri, maraqlı rəqsləri ilə diqqəti cəlb edir

Tamaşadan fotolar:


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX