Mən gəldim, qızlar (“Müharibə”)


İki hissəli müasir dram
Müəllif:Lars Nuren
Quruluşçu rejissor:BƏHRAM OSMANOV (Əməkdar İncəsənət Xadimi)
Quruluşçu rəssam: SEVINC HƏSƏNOVA
Musiqi tərtibatı: İRADƏ MURADOVA
Rejissor assistenti : GÜLNAR HACIYEVA
Rollar və ifaçılar:
Ata - Qurban İsmayılov (Əməkdar Artist)
Ana - Kəmalə Hüseynova (Əməkdar Artist)
Əmi - Rasim Cəfərov (Əməkdar Artist)
Böyük qız - Nigar Məmmədova
Kiçik qız - Roza İbadova
Tamaşanın müddəti:I hissə - 50 dəqiqə
II hissə - 50 dəqiqə
Xülasə:İsveç dramaturqu Lars Norenin “Müharibə” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. 16 yaşdan yuxarı olan tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsəri milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq, hər bir millətin və hər kəsin başına gələ biləcək hadisələri özündə əks etdirir. Əsərdə müharibədən gözləri kor olmuş, ancaq ümidini itirmədən səbirlə, ən çətin anlarında belə ailəsini, qızlarını düşünən atanın 2 ildən sonra gəlib evinə çıxmasını qəhrəmanın mənəvi qələbəsi saymaq olar. Səhnə əsərində atanın, eləcə də ana və qızlarının həyatına nəzər saldıqda müharibənin bütün ağrı və acılarını, mənəvi sarsıntılarını, daxili əzablarını görmək o qədər də çətin deyil.

Tamaşadan fotolar:


Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX