Mən səni sevirəm-MSS


İki hissəli lirik komediya
Müəllif:Əli Əmirli
Quruluşçu rejissor: CƏNNƏT SƏLİMOVA (Хаlq Artisti)
Quruluşçu rəssam: TAİR TAİROV (Xalq rəssamı)
Bəstəkar: FİRUDİN ALLAHVERDİ
Rejissor assistentləri: NOFƏL VƏLİYEV (Əməkdar artist)
KİFAYƏT MƏMMƏDOVA
Rollar və ifaçılar:
Sabah - Leyli Vəliyeva (Əməkdar artist),
Mehriban Abdullayeva
Qətibə - Qəmər Məmmədova (Əməkdar artist),
Şəfəq Əliyeva (Əməkdar artist), Güşvər Şərifova
Reyhan - Günel Məmmədova
Orxan - Eşqin Quliyev, Mirzəağa Mirzəyev
Tamaşanın müddəti: I hissə - 1 saat
II hissə - 45 dəqiqə
Xülasə:Əli Əmirlinin qabaqcıl maarif xadimi, Əməkdar müəllim Bilqeyis Məmmədovanın xatirəsinə həsr olunmuş “Mən səni sevirəm-MSS” tamaşası məktəb mövzusunda hazırlanmış çox maraqlı tamaşalardan biridir. Tamaşada şagird-müəllim, valideyn-məktəb münasibətlərindən real hadisələrin təsviri ilə bəhs edilir. Şagirdlərin sinif yoldaşlarından birini baykot edərkən məktəbin və valideynin mövqeyi insan ruhuna təsir göstərən dramatik hadisələr içində gerçəkləşir. Şagirdlərə dostluq, düzlük, sədaqət, müəllimlərə böyük sevgi hissləri aşılayan, həm də ürək açan məktəb zarafatları ilə zəngin olan tamaşanı gözəl musiqi də müşayiət edir.

Tamaşadan fotolar:


Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX