Lineynin Gözəllik Kraliçası ("Lineyn trilogiyası")


İki hissəli melodram
Müəllif:Martin Makdonax
Quruluşçu rejissor:YAN VİLEM VAN DEN BOŞ (Böyük Britaniya)
Quruluşçu rəssam: LİZA KUK Böyük Britaniya
Rəssam: ELŞƏN SƏRXANOĞLU
İşıq üzrə rəssam: MAYKL MANYON Böyük Britaniya
Musiqi tərtibatı: ZAUR RƏŞİDOV
Rejissor: AYLA OSMANOVA
Rollar və ifaçılar:
Morin Folan - Zülfiyyə Alhüseynova
Meq Folan - Şəfəq Əliyeva (Əməkdar artist)
Pato Duli - Elşən Rüstəmov (Əməkdar artist)
Rey Duli - Eşqin Quliyev, Ramil Məmmədov
Tamaşanın müddəti:I hissə - 1 saat
II hissə - 55 dəqiqə
Xülasə:Bu pyes özündə qara komediya, melodrama, vahimə və soyuq faciə elementlərini cəmləşdirir. Hadisələr 1990-cı illərin əvvəlində, İrlandiyanın Konnemara vilayətinin Lineyn kəndində baş verir. Hadisələrin əsas məkanı olan, zəif işırlandırılmış köhnə mətbəx tamaşaçıları klaustrofobiya hissinə qonaq edəcək. Pyesanın süjet xətti Meq adlı, 70 yaşlı xudbin və hiyləgər anasına qulluq edən 40 yaşlı, ərə getməmiş Morin Folan adlı qızın taleyini izləyir. Morinin bacıları ərə gedərək, bu aqibətdən canlarını qurtarmışdırlar. Keçmişdə ruhi xəstəliyə düçar olmuş Morin isə anası ilə qeyri-sağlam münasibətlər mühitində ilişib qalmışdır. Xaricdən qayıtmış, lakin tezliklə yenə yola düşəcək Pato Dulinin gəlişi xoşbəxtliyə qovuşmaq şansını Morinə bəxş edəcəkmi?

Tamaşadan fotolar:


Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX