Kontrabas


Kiçik səhnədə
Müəllif:Patrik Züskind
Quruluşçu rejissor, səhnə
və musiqi tərtibatcısı:

   İrina Perlova   

(Xalq artisti)
Rollarda:
Kontrabasçı - Şövqi Hüseynov (Əməkdar Artist)
Tamaşanın müddəti:1 saat
Xülasə:Ensiklopedik biliklərə malik qəhrəmanımız həyatda çox sadə mövqe sahibidir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir. Bu zaman özü-özü üçün qısqanclıq səhnəsi, teatr “qalmaqalı” yaradır ki, bəlkə bunun nəticəsində məşhur ulduzla ünsiyyətdə olmaq imkanı yarandı. Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi kontrabasdır. Qəhrəmanımızın sevgilisi ilə dialoqu kontrabasla dialoq əvəz edir. Bu xoş ünsiyyəttin ən maraqlı fikir ötürümü bundan ibarətdir ki, insan birinci növbədə özü-özünə sədaqətli olmalıdır. Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini dəyərləndirmək olar.

Tamaşadan fotolar:


Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX