Qoca kloun


İki hissəli tragikomediya
Müəllif:Mate Vişnek
Tərcümə edən:Nicat Kazımov (Əməkdar Artist )
Tamaşanın müəllifi: Nicat Kazımov (Əməkdar Artist )
Musiqi tərtibatı : Zaur Rəşidov
Rejissor assistenti : Müşfiq Əliyev
Rollarda:
Nicat – Nicat Kazımov (Əməkdar Artist)
Vüsal – Vüsal Mehrəliyev
Manaf – Manaf Dadaşov
Elnur – Elnur Kərimov
Tamaşanın müddəti:I hissə -40 dəqiqə
II hissə - 50 dəqiqə
Xülasə:Qoca klounların xatirələri əsasında hazırlanmış bu tamaşadakı komik nüansların fonunda çox ciddi kədər vardır. Bütün həyatlarını klounluq edib insanları güldürməklə məşğul olan klounlar öz qocalıqlarını maska altında gizlətsələr də, amma əvvəlki insan olmadıqlarını özləri də yaxşı bilirlər. Hətta əvvəlki kimi bəzi akrobatik elementləri belə düzgün icra edə bilmirlər. Ömrün isti-soyuğunu görmüş insanlar daxilən çox kövrək olurlar. Bu klounların hər birinin həyatında kədər də, qəm də, uğurlar da, uğursuzluqlar da var. Bu dünyada nəfəs aldıqca insanları əyləndirməyə çalışan bu klounlar həyatın iç üzünü görmüşlər və onu dərindən duyurlar, lakin... Ömür həyatın keşməkeşlərində əriyib gedir.

Tamaşadan fotolar:


Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX