Müsyö Jordan və Dərviş Məstəli şah


İki hissəli komediya
Müəllif:Mirzə Fətəli Axundzadə
Quruluşçu rejissor:Cənnət Səlimova (Xalq Artisti)
Quruluşçu rəssam: Tair Tairov ((Xalq Rəssamı))
Rəqslərin quruluşu : Sənan Hüseynli
Musiqi tərtibatı: İradə Muradova
Rollarda:
Hatəmxan ağa - Elşən Çarhanlı
Kərəm Hadızadə
Şəhrəbanu - Leyli Vəliyeva (Əməkdar artist)
Təhminə Məmmədova
Şərəfnisə - Asya Atakişiyeva
Nigar Məmmədova
Şahbaz - Elnur Hüseynov
Müşfiq Əliyev
Tamaşanın müddəti:I hissə -40 dəqiqə
II hissə - 40 dəqiqə
Xülasə:Mirzə Fətəlinin bu məşhur komediyası əslində ictimai-sosial şəraitin yaratdığı ciddi insani münasibətlərdən, düşüncə və münasibət fərqliliyi ilə yaranan anlaşılmazlıq nəticəsində onların qarşı-qarşıya durmasından bəhs edir. Qızının toy ərəfəsində kürəkəninin fransız qonağı Müsyö Jordanla Parisə getməsinə razılıq verməklə, əslində Hətəmxan ağa ailəsinə cidi problemin və münaqişənin yol açmasına səbəb olur. Nəticədə evin xanımı Şəhrəbanu qızı Şərəfnisənin göz yaşlarına dözməyib Şahbaz bəyin Parisə getməsinin qarşısını almaq üşün qulluqçu Xanpərinin vasitəsi ilə Müsyö Jordanı tapır. Bu kişinin cadusu ilə Parisin “dağılması” (əslində Paris inqilabının baş verməsi, quruluşun dəyişməsi) və Müsyö Jordanın vətəninə təcili qayıtması Şahbaz bəyin arzusunu ürəyində qoyur. Görkəmli dramaturq oyun içində oyun quraraq, ictimai mühitin güzgüsünə çevrilən, komik nüanslarla zəngin gözəl bir əsəri töhfə kimi bizə bağışlayıb. Teatr da onu günün tələbləri səviyyəsində tamaşaçısına təqdim edir.

Tamaşadan fotolar:


Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX