Haqqında


     Uşaq və gənclər teatrları Assosiyasiyası Beynəlxalq ASSİTEJ 1965-ci ildə yaradılmışdır. Uşaq və gənclər teatrlarının mütəxəsissləri üçün beynəlxalq ittifaq rolunu oynayan bu qurumun dünya üzrə 104 Milli Mərkəzi var.    
     Milli, regional və beynəlxalq proqramlar, konqreslər, konfranslar, festivallar, treninq, ustad dərsləri və digər tədbirlərin həyata keçirilməsində müstəsna xidmətləri olan bu beynəlxalq qurum uşaq və gənclər teatrları ilə məşğul olan mütəxəssislər üçün ideya və mədəni yaradıcılıq mübadilələrini asanlaşdırır.
     2011-ci ildə UNESCO nəzdində Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİTEJ-in İcraiyyə Komitəsi Fransada keçirilmiş qurultayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrını böyük səs çoxluğu ilə ASSİTEJ üzvlüyünə qəbul edilmişdir.
     2011-ci ildən bu günə kimi ASSİTEJ- Azərbaycan Milli Mərkəzi bir neçə dəfə hesabat iclasları keçirmişdir. Iclaslarda mərkəzin iş planında duran əsas məsələlər, beynəlxalq əlaqələri gücləndirmək, dünya teatrları ilə səmərəli yaradıcılıq mübadilələri təşkil etmək məqsədi ilə imzalanmış müqavilələr, teatrın iştirak etdiyi xarici qastrol və festivallar haqqında ətraflı məlumat verilmiş, mərkəzə təyin edilmiş yeni üzvlər təqdim olunmuş, hesabat çıxışları dinlənilmişdir.


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX