Danışan gəlincik


İki hissəli nağıl tamaşa
Müəllif:Abdulla Şaiq
Quruluşçu rejissor: NİCAT KAZIMOV (Əməkdar artist)
Quruluşçu rəssam: ELŞƏN SƏRXANOĞLU
Bəstəkar: GÖVHƏR HƏSƏNZADƏ
(Əməkdar İncəsənət Xadimi )
Rejissor: MÜŞFİQ ƏLİYEV
Rejissor assistenti: GÜNAY QASIMOVA
Rollar və ifaçılar:
İnci - Günel Məmmədova, Simuzər Ağakişiyeva
Rəmziyyə - Zülfiyyə Alhüseynova, Zümrüd Quliyeva
Şah - Elşən Hacıbabayev, Anar Seyfullayev
Xanım - Mehriban Hüseynova
Nazlı - Leyli Vəliyeva (Əməkdar Artist), Güşvər Şərifova
Kərim - Eyvaz İbrahimov, Elşən Şıxəliyev
Dayə - Gülər Nəbiyeva (Əməkdar Artist),
Xalidə Əliməmmədova
Vəzir - Müşfiq Əliyev, Eşqin Quliyev
Aslan - Roza İbadova
Tamaşanın müddəti:I hissə - 50 dəqiqə
II hissə - 35 dəqiqə
Xülasə: Danışan gəlincik tapıb, onunla danışmaq, söhbət etmək arzusunda olan Şahzadə üçün kasıb bir ailənin qızını pulla alıb saraya gətirirlər. İnci adlı bu gözəl qız var-dövlət içində, gözəl həyat şəraitində xoşbəxt deyil, öz ailəsini arzulayır. Dost-dosta heç vaxt yalan danışmaz, yalançı dost ilə ürək barışmaz. Dünyada hər şeyi pulla almaq mümkündür, lakin insan qəlbini, ailə mehribanlığını, hər şeydən öncə isə valideynləri, bacı-qardaşları pulla almaq mümkün deyil. Bu ideyanı əsas götürən dramaturq Şahzadə personajı ilə onun ata-anasına həyat dərsi verir, bu kasıb ailəni saraya gətirdir. Onlar mehriban bir ailə kimi yaşayırlar.

Tamaşadan fotolar:


Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX