Şəhərin qış gecələri


Pyesin müəllifi: ANAR (Xalq yazıçısı)
Quruluşçu rejissor: BƏHRAM OSMANOV (Əməkdar incəsənət xadimi)
Bəstəkar: SİYAVUŞ KƏRİMİ (Xalq artisti)
Quruluşçu rəssam: ARİF ƏBDÜRRƏHMANOV (Əməkdar rəssam)
Rollarda:
Əməkdar artistlər Elşən Rüstəmov, Kəmalə Hüseynova, Elşən Çarhanlı, Şövqü Hüseynov, İlham Əsədov, aktyorlar Bəhram Həsənov, Vahid Orucoğlu, Vüqar Məmmədəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Ədalət Əbdülsəməd, Rövşən Abbasov, Kərəm Hadızadə, Ramiq Nəsirov.
Tamaşanın müddəti:...
Xülasə: 20 yanvar faciəsinin 30 illiyinə həsr olunmuş “Şəhərin qış gecələri” tamaşası hələ ötən əsrin 70-80-ci illərində məşhur olan “Şəhərin yay günləri” əsərinin davamı kimi qurulub. Elə o zamanlar Anarın müəllifi olduğu bu əsərə rejissor Tofiq Kazımov quruluş vermişdi və dövrün naqis cəhətlərinə etiraz edən tamaşa çox böyük maraqla qarşılanmışdı. Bu dəfə isə artıq 30 il keçib və həmin qəhrəmanlar soyuq bir yanvar axşamında bu faciəni yaşayırlar. Anarın özünəməxsus şəkildə yazdığı, daha doğrusu özünə sadiq qalaraq bütöv millətin faciəsini bir ailənin timsalında göstərdiyi əsər bədii şərtiliklə və müasir vizual vasitələrdən istifadə edilərək qurulub.

Tamaşadan fotolar:


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX