Göyçək Fatma


İki hissəli sehrli nağıl
Müəllif:Azərbaycan xalq nağılı
Quruluşçu rejissor: CƏNNƏT SƏLİMOVA (Xalq Artisti)
Quruluşçu rəssam: МUSTAFA MUSTAFAYEV
Rejissor və xoreoqraf: NİCAT KAZIMOV (Əməkdar Artist)
Musiqi tərtibatı: Cahangir Zülfüqarov
Rollar və ifaçılar:
Göyçək Fatma - Asya Atakişiyeva
Kişi - Ədalət Əbdülsəməd
Ögey ana - Naibə Allahverdiyeva (Əməkdar Artist), Zemfira Əbdülsəmədova
Tənbəl qız - Nübar Novruzova (Əməkdar Artist), Almaz Mustafayeva (Əməkdar Artist)
Tamaşanın müddəti:I hissə - 30 dəqiqə
II hissə - 30 dəqiqə
Xülasə:Milli folklorumuzun gözəl nümunəsi olan “Göyçək Fatma” nağılı əsasında hazırlanmış eyniadlı tamaşa balalarımıza insanpərvərlik, ədalətli olmaq kimi gözəl duyğular aşılayır. Öz ögey anasının və ögey bacısının verdikləri zülmlərə mətanətlə sinə gərən Fatma küləyin apardığı yunu tapmaq üçün meşəyə gəlir. Burada Qarı ilə rastlaşır. Qarının qulluğunda övladı kimi dayanan Fatma ondan iyrənmir, hər bir işini ürəklə görür. Qızın bu nəcibliyini görən Qarı onun səadətə qovuşması üçün əlindən gələni edir. Xeyirxah Göyçək Fatma şahzadəyə ərə gedir. Bütün pisliklərinə və ona verdikləri olmazın zülmlərə baxmayaraq, Fatma ögey anasını və bacısını bağışlayır. Milli geyimlər, gözəl səhnə dekorasiyası, maraqlı rəqslər və diqqətçəkən aktyor oyunu tamaşaçını heyran edir.

Tamaşadan fotolar:


Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX