Buratinonun macəraları


İki hissəli musiqili macəra
Müəllif:Aleksey Tolstoy
Quruluşçu rejissor: İVİSA SİMİÇ (Xorvatiya)
Səhnə tərtibatı: DİNKA JERİÇEVİÇ (Xorvatiya)
Bəstəkar: İQOR KARLIÇ (Хorvatiya)
Baletmeyster: RAULYA TURKAN (Əməkdar Artist)
Rejissor assistenti: SONA MUSTAFAYEVA
Rollar və ifaçılar:
Karlo - İlham Əsədov (Kalmıkiya Respublikasının Əməkdar Artisti), Elşən Rüstəmov (Əməkdar Artist)
Buratino - Asya Atakişiyeva
Karabas Barabas - Elşən Çarhanlı
Malvina - Gülbəniz Mustafayeva,Şəbnəm Hüseynova
Pyero - Anar Seyfullayev
Artemon - Zümrüd Quliyeva
I Arlekin - Аnar Səfiyev
II Arlekin - Vahid Orucoğlu
Düremar - Manaf Dadaşov
Alisa - Zülfiyyə Alhüseynova
Bazilio - Elşən Hacıbabayev, Rəşad Səfərov
Şuşara - Vüqar Məmmədəliyev, Ramil Məmmədov
Tortilla - Şəfəq Əliyeva (Əməkdar Artist),
Аlmaz Mustafayeva (Əməkdar Artist)
Tamaşanın müddəti:I hissə - 45 dəqiqə
II hissə - 45 dəqiqə
Xülasə: Dünyanın bir çox yazıçılarının diqqətini cəlb etmiş oduncaq adam rəvayəti onlarla versiyalarda işlənmişdir. Tənha qoca oduncaqdan adam düzəldir və o, canlıya çevrilib insan ömrü yaşayır. Teatrımızda tamaşaya qoyulan bu nağıl da dinamikası, macəraları ilə diqqəti cəlb edir. Tolstoy oduncaq övladı –Buratinoya həyatın ən sərt tərəflərini göstərir. O, atasına qızıl açar gətirmək üçün çox çətin sınaqlardan çıxır. Buratino onu odundan yaradan Karlo atasına sədaqətli qalır, ağıllı, tərbiyəli olmağa, məktəbdə oxumağa söz verir. Onun rastlaşdığı teatr aktyorları, müxtəlif xarakterli insanlar anladırlar ki, həyatda zəhmət, istedad, bir də ağıl insanın yaxın dostu olmalıdır. Böyüklərə hörmət, onların ağıllı məsləhətləri uşaqların yoluna işıq salır. Məhz bu cəhətləri ilə Buratino Karlo ataya xəzinə qapılarını açır və onun yeni bir teatr yaratmasına, istedadlı işsiz aktyorları ətrafına toplamağa imkan yaradır.

Tamaşadan fotolar:


Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX