Bədii heyət



BƏHRAM OSMANOV
Baş rejissor
Ətraflı
OSMANOV BƏHRAM MƏCİD OĞLU
Baş rejissor


1 noyabr 1962-ci ildə Gəncə şəhərində anadan olub. 1980-1985-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram rejissoru" üzrə təhsil alıb.
1979-1980-cı illərdə Gəncə Dövlət Dram Teatrında çalışıb.
1982-1983-cü illərdə İliç adına Mədəniyyət Sarayında özfəaliyyət dramının rəhbəri, 1987-2010-cu illərdə Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifələrində çalışıb.
2012-ci ilin sentyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində fəaliyyət göstərir.
2014-cü ilin mart ayının 27-də Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Fəxri adına layiq görülmüşdür.
1 may 2017-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür.







Quruluş verdiyi əsas tamaşalar:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı:

1. "Cəza" - (Ə.Əmirli)
2. "Hacı Qara" - (M.F.Axundzadə)
3. "Ezop" - (G.Fiqeyredo)
4. "Yaddaş ağrısı" - (H.Mirələmov)
5. "36-dan 6-sı" - (İnna Qaruçava, Petr Xotyanovski)
6. "Viktoriya" - (K.Hamsun)
7. "Axır ki, qurtardı" - (P.Turrini)
8. "Hacı Qara" - (M.F.Axundzadə - yeni quruluşda)
9. "Mən gəldim, qızlar" - (L.Nuren)
10. "Hasarın o üzü" - (Ə.Əmirli)
11. "Qırmızı papaq" - (Y.Şvarts)
12. "Sarıköynəklə Valehin nağılı" - (İ.Əfəndiyev)
13. "Miras" - (H.Mirələmov)
14. "Biri var idi, biri yox" - (Ə.Ol)
15. “Uzuncorab Pippi” - A.Lindqren
16. “Ünvansız qatar” - Ə.Əmirli

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı:

1. "Şüşə heyvanxana" - (T.Uilyams)
2. "Cəzasız günah", "Hara gedir bu dünya?" - (B.Vahabzadə)
3. "Qarağaclar altında ehtiras" - (Y.O’Nil)
4. "Ana intiqamı"- (V.Babanlı)
5. "Ağqoyunlular və Qaraqoyunlular" - (Ə.Əmirli)
6. "Köhnə ev" - (Ə.Əmirli)
7. "Varlı qadın" - (Ə.Əmirli)
8. "Mesenat" - (Ə.Əmirli)
9. "Ədirnə fəthi" - (C.Cabbarlı)
10. "Kral Lir" - (U.Şekspir)
11. "Şah Edip" - (Sofokl)
12. "Pompeyin Qafqaza yürüşü" - (N.Həsənzadə)
13. "Hələ "sevirəm" deməmişdilər" - ( Novruzov)
14. "Oyuncaq ev" - (H.İbsen)
15. "Gəncə qapıları" - (H.Mirələmov)
16. "Uçqun" - (T.Cücenoğlu)
17. "Kaş araba aşmayaydı" - (O.İoseliani)
18. "Cinayət oyunu" - (F.Dostoyevski)
19. "Herostratı unudun" - (Q.Qori)
20. “21:15 qatarı” - (T.Ozbay)

Füzuli Dövlət Dram Teatrı:

1. "Diribaş adamlar" - (V.Şukşin)

Gəncə Dövlət Dram Tetrı:

1. "At ilinin birinci ayı" - (R.Novruzov)
2. "Kəllə" - (N.Hikmət)
3. "Ölüm hökmü" - (Elçin)

Lənkəran Dövlət Dram Teatrı:

1. "Yudif" - (A.Tammsaars)
2. "Günahsız müqəssirlər" - (A.Ostrovski)

Musiqili Komediya Teatrı:

1. "Evlənmə" - (N.V.Qoqol)
2. "Kimyagər" - (M.F.Axundzadə)

Mingeçevir Dövlət Dram Teatrı:

1. "Son reportaj” - (İ.Fəhmi)

B.Basanqov adına Kalmık Milli Dram Teatrı:

1. “Sevən qadın” - Ə.Əmirli
2. “Gözlə məni” - Ə.Əmirli

Azərbaycan televiziyası:

1. "6 saylı palata" - (A.Çexov)
2. "Bəyaz gecələr" - (F.Dostoyevski)
3. "Yurd yeri" - (E.Mehrəliyev)
4. "Qu quşunun məhəbbəti" - (Şahin)


CƏNNƏT SƏLİMOVA
Quruluşçu rejissor
Ətraflı
SƏLİMOVA CƏNNƏT ƏLİBƏYOVNA
Quruluşçu rejissor


20 yanvar1940-cı ildə Bakı şəhərində anadan olub.
1957- 1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin "filologiya", 1962-1967-ci illərdə Leninqrad Dövlət Teatr Musiqi və Kinematoqrafiya İnstitutunun "dram rejissoru" fakultələrində təhsil alıb.
Əvvəllər S.Vurğun adına Rus Dram Teatrı və Musiqili Komediya Teatrlarında rejissor kimi fəaliyyət göstərmişdir.
Bakı Kamera Teatrının yaradıcısı və bədii rəhbəri olmuşdur.
1972-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1999-cu ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülmüşdür.
2001-ci ildən Prezidentinin təqaüdçüsüdür. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
2009-cu il aprel ayının 8-dən 2012-ci il sentyabr ayının 1-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində fəaliyyət göstərmişdir. Hazırda teatrda quruluşçu rejissor vəzifəsini icra edir.



Quruluş verdiyi əsas tamaşalar:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı:

1. "Aydın" - (C.Cabbarlı)
2. "Şeyx Sənan" - (H.Cavid)
3. "Hekayəti xırs quldurbasan" - (M.F.Axundzadə)
4. "Məkkəyə gedən yol" - (C.Məmmədquluzadə)
5. "Cəsur qurbağa balası" - (L.Ustinov)
6. "Axırıncı qatar, yaxud itlər" - (O.Kazımi, İ.Fəhmi)
7. "Ezop" - (G.Fiqeyredo)
8. "Sərgüzəşti vəziri Xani Lənkəran" - (M.F.Axundzadə)
9. "Mənim ağ göyərçinim" - (T.Vəliyeva)
10. "Göyçək Fatma" - (Azərbaycan Xalq nağılı)
11. "Mən səni sevirəm -M.S.S" - (Ə.Əmirli)
12. "Romeo və Cülyetta" - (U.Şekspir)
13. "Buzovna kəndinin əhvalatları" - (Elçin)
14. "Don Rafaello Tranbomçu" - (F.Peppino)
15. "Müsyo Jordan və Dərviş Məstəli şah" - (M.F.Axundzadə)
16. "Əlincə qalası" - (Dilsuz)
17. "İtalyansayağı xoşbəxtlik" - (D.Fo, P.Filippo)
18. "III Riçard" - (U.Şekspir)
19. "Mehmanxana sahibəsi" (K.Qaldoni)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı:

1. "Fərhad və Şirin" - (S.Vurğun)

Opera və Balet Teatrı:

1. "Söyüdlər ağlamaz" - (Ə.Bədəlbəyli)
2. "Sevil" - (F.Əmirov)
3. "Traviata" - (C.Verdi)
4. "Məsxərəçilər" - (C.Leonkovallo)
5. "Bohema" - (C.Puççini)

Musiqili Komediya Teatrı:

1. "Silva" - (İ.Kalman)
2. "Bayadera" - (İ.Kalman)
3. "Maritsa" - (İ.Kalman)
4. "İddialı qaraçı" - (İ.Kalman)
5. "Şən dul qadın" - (F.Leqar)
6. "O olmasın, bu olsun" (Ü.Hacıbəyov)

Rus Dram Teatrı:

1. "Vanya dayı" - (A.P.Çexov)
2. "İdiot" - (F.M.Dostoyevski)
3. "Kuraj ana və onun uşaqları" - (B.Brext)
4. "İvanov" - (A.P.Çexov)
5. "Mehmanxana sahibəsi" - (K.Qaldoni)
6. "Beluginin evlənməsi" - (A.Ostrovski)

Bakı Kamera Teatrı:

1. "Qodo həsrətində" - (S.Bekket)
2. "Ezop" - (G.Fiqeyredo)
3. "İtlər" - O.Kazımi, İ.Fəhmi)
4. "Hekayəti- xırs quldurbasan" - (M.F.Axundov)


NİCAT KAZIMOV
Quruluşçu rejissor
Ətraflı
NİCAT MİRƏZİZ OĞLU KAZIMOV
Quruluşçu rejissor


17 iyun 1972-ci ildə Dəvəçidə doğulub. 26 iyun 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin "Dram teatrı və kino aktyorluğu" fakültəsini bitirib.
01 oktyabr 1993 -cü ildən Gənc Tamaşaçılar teatrında aktyor, 2006-cı ildən isə həm də quruluşçu rejissor kimi fəaliyyət göstərir. 2000-ci ildə “Ələddinin sehrli tamaşasına görə ilin rejissoru seçilmişdir. Hazırladığı “Pəri Cadu” tamaşasına görə “Zirvə” mükafatına layiq görülmüşdür. Bir çox Beynəlxalq Festivalların iştirakçısı olmuşdur . Gənc Tamaşaçılar Teatrında oynadığı tamaşaların sayı 60-ı keçib, 20-dən çox tamaşaya və bir çox dövlət tədbirlərinə quruluş verib. Uzun müddət ölkənin müxtəlif telekanallarında aparıcı işləyib.
2013-cü ilin iyun ayının 25-də Əməkdar Artist fəxri adına layiq görülmüşdür.
2014-cü ilin dekabr ayında Nicat Kazımov “Tarixin canlı səhifələri” I və II Gənclər Festivallarında rejissor işinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomuna layiq görülmüşdür.
2015-ci ilin iyul ayında N.Kazımov “Ən yaxşı rejissor işi” (uşaq tamaşaları üzrə) nominasiyası ilə teatrın təsis etdiyi “Sima” mövsümi mükafatı ilə təltif olunmuşdur.





Quruluş verdiyi əsas tamaşalar:


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı:

1. "Tık-tık və tuk-tuk" (Nicat Kazımov)
2. "Cənnətin üç alması" (Nicat Kazımov)
3. "Ələddinin sehrli çırağı" (Ərəb xalq nağılı)
4. "Pişiyin evi" (Samuil Marşak) - rus bölməsi
5. "Zoluşka" (Şarl Perro) - rus bölməsi
6. "Ah, qadınlar, qadınlar" (Marat Haqverdiyev) azərbaycan və rus bölməsində)
7. "Pəri cadu" (Əbdürrəhim bəy Haqverdiyev)
8. "Çəkməli pişik" (Ş.Perro)
9. "Yatmış gözəl" (B.Marvin)
10. "Şahzadə Xəzərin nağılı" - (N.Kazımov, K.Ağabalayev)
11. "Qoca kloun" (M.Vişnek)
12. "Şəngülüm, şüngülüm, məngülüm" - (M.Müşfiq)
13. "Danışan gəlincik" - (A.Şaiq)
14. “Qoğalın nağılı” - (Xalq nağılı)
15. “Çirkin ördək balası” - (H.X.Andersen)
16. “Leyli və Məcnun” - M.Füzuli

Akademik Milli Dram Teatrı:

1."Kabuslar" - (E.Filippo)
2."Məlikməmməd" (Nicat Kazımov)
3."Zorən şorgöz" - (Rey Kluni)
4."Kölgə" (Y.Şvarts)

Akademik Milli Dram Teatrı: (aktyor kimi)

1. Riçard Uilli - ("Zorən şorgöz" Rey Kluni)
2. Məxfi məsləhətçi - ("Kölgə" Y.Şvarts)


VAQİF ƏSƏDOV
Quruluşçu rejissor
Ətraflı
ƏSƏDOV VAQİF FİRUDİN OĞLU
Quruluşçu rejissor


05 aprel 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.
1969-cu il may ayının 25-dən Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib.
1969-cu ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb.
1989-cu il yanvar ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissorudur.
1977-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 16 may 2006-cı ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adları ilə təltif olunmuşdur.
15 may 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür.



Quruluş verdiyi əsas tamaşalar:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı:

1. "Açıl, bənövşəm açıl" - (İ.Coşgun)
2. "Mağara" - (A.Həsənzadə)
3. "Ana laylası" - ( İ.Coşgun)
4. "Məhv olmuş gündəliklər" - (İ.Əfəndiyev) (rus bölməsi)
5. "Adsız" - (F.Mustafa) (rus dilində)
6. "Oliver Tvistin macəraları" - (Ç.Dikkens)
7. "Məhv olmuş gündəliklər" - (İ.Əfəndiyev) (azərbaycan bölməsi)
8. "Qaraca qız" - (S.S.Axundov, A.Şaiq)
9. “Yarımçıq qalmış” - Y.Abramov, L.Bəyim

Akademik Milli Dram Teatrı:

1. "Burlaxatun" - (N.Xəzri)

Naxçıvan Dövlət Musiqili Dram Teatrı:

1. "Mənim nəğməkar bibim" - (Ə.Əylisli)
2. "Qiymətli qafiyələr" - (Ə.Əylisli)
3. "Bir cüt bədmüşk ağacı" - (Ə.Əylisli)
4. "Qara ağaclıq altında məhəbbət" - (Y.Onil)
5. "Elektra" - (Sofokl)
6. "Sükut divarı" - (Paolo Messini)

İrəvan Dövlət Dram Teatrı:

1. "Məhəbbət yaşayır hələ" - (Hidayət)




AĞALAR İDRİSOĞLU
Quruluşçu rejissor
Ətraflı
AĞALAR İDRİSOĞLU (MEHDİYEV)
Quruluşçu rejissor


1950-ci ilin mart ayının 16-da Masallı rayonunun Digah kəndində anadan olub.
1975-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini və 1986-cı ildə A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun ( indiki Beynəlxalq Teatr Akademiyası) rejissorluq fakültəsini bitirib.
1997-2000-ci illərdə Dağıstan-Azərbaycan Beynəlmiləl Teatr truppasının rəhbəri, Azərbaycan Teatr Xadimləri İttifaqı idarə heyətinin üzvü və katibi olub.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
2013-cü ilin iyun ayının 25-də Əməkdar İncəsənət Xadimi adına layiq görülmüşdür.



Quruluş verdiyi əsas tamaşalar:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı:

1. Vaqif Əlixanlı "Əcəl atı"
2. Firuz Mustafa "Pələng ili"
3. Panço Pançev "Dörd əkizin nağılı"
4. Xanımana Əlibəyli “Aycan”

Azərbaycan Dövlət Gənclər Teatrında:

1. Ağalar İdrisoğlu "İnan mənə"
2. Zeydulla Ağayev "Haray"
3. Vaqif Əlixanlı " Baş daşları ilə söhbət" ( monotamaşa)
4. İlyas Əfəndiyev "Məhv olmuş gündəliklər"
5. Aleksandr Suxovo-Kobılin "Tarelkinin ölümü"
6. Hidayət "Məhəbbət yaşayır hələ"

Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında:

1. Məhərrəm Əlizadə - "İlk qurban"
2. Loğman Rəşidzadə "Toya bir gün qalmış"
3. Eduard Bobrov (t. e. Zakir Abbas) "Vicdanla üz-üzə"
4. Alber Kamyu (t. e. Vaqif Əlixanlı) "Qismət"
5. Zəlimxan Yaqub "Aşıq Ələsgər"
6. Georgi Caqarov (t. e. Tofiq Məmmədov) "Prokuror"
7. Georgi Xuqayev (t. e. Ağalar İdrisoğlu) "Qaqutsa, Babutsa, Danel, Dardanell"
8. Aleksandr İvaşenko (t. e. Fikrət Sultanov) "Uşağa bir üç yazın!"
9. Cəfər Cabbarlı "Oktay Eloğlu"
10. Əli Səmədli "Analar və oğullar"
11. Leonid Cuxavitski (t. e. Camal Yusifzadə) "Şahzadə və bacatəmizləyən"

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrında:

1. Rafiq Səməndər "Dəyişmə"
2. Camal Yusifzadə "Səhər qatarı"
3. Üzeyir Hacıbəyov "Arşın mal alan"
4. Georgi Xuqayev ( t. e. Ağalar İdrisoğlu) "Qocaların məhəbbəti"
5 Ağalar Mirzə "Məlikməmmədin yeni sərgüzəştləri"
6. Georgi Xuqayev ( t. e. Ağalar İdrisoğlu) "Varlı ev"
7. Akif Həsənoğlu "Yanmış evin nağılı"
8. Akif Həsənoğlu "Dünyaxanım ev axtarır" ( Valeh Kərimovla birlikdə)
9. Ağalar İdrisoğlu "Sabir Rüstəmxanlının portret cizgiləri"
10. Əbdürrəhim bəy Haqverdiyev və Can Kever "Ağa Məhəmməd şah Qacar" (Şahmar Qəribli ilə birlikdə)




ELŞƏN SƏRXANOĞLU
Quruluşçu rəssam
Ətraflı
HACIYEV ELŞƏN SƏRXAN OĞLU
Quruluşçu rəssam


2 oktyabr 1962-ci ildə Xaçmaz şəhərində anadan olmuşdur. 1988-1994cü illərdə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin qrafika ixtisası üzrə təhsil almışdır.
Azərbaycan Rəssamlıq İttifaqının üzvüdür.
O dəfələrlə əsərlərindən ibarət fərdi sərgilərdə iştirak edərək mükafatlara layiq görülmüşdür.
2014-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçaılar Teatrının quruluşçu rəssamıdır.
2015-ci ilin iyul ayında E.Sərxanoğlu “Ən yaxşı rəssam işi” nominasiyası ilə teatrın təsis etdiyi mövsümi “Sima” mükafatına layiq görülmüşdür.
2015-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Ruisya Federasiyası Kalmık Milli Dram Teatrına qastrol səfəri çərçivəsində Kalmıkiya Respublikası N.N.Palmov adına Milli Muzeydə rəssamın əsərlərindən ibarət sərgi təşkil olunmuşdur. 3 gün davam edən sərgidə rəssamın 50-dən artıq qrafik və yağlı boya ilə işlənmiş əsərləri izləyicilərə təqdim olunmuşdur. Festival çərçivəsində rəssam N.N.Palmov adına Milli Muzeyin Kalmıkiya Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.



Quruluş verdiyi əsas tamaşalar:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı:


1. “Rəvayəti Şahzadeyi Xəzər” (Kamran Ağabalayev, Nicat Kazımov)
2. “Dörd əkizin nağılı” (Panço Pançev)
3. “Pələng ili” (Firuz Mustafa)
4. “Danışan gəlincik” (Abdulla Şaiq)
5. “Qırmızı papaq” (Yevgeni Şvarts)
6. “Qoğalın nağılı” (Xalq nağılı)
7. “Ağ ölüm” (V.Siqarev)
8. “III Riçard” (U.Şekspir)
9. “Dəcəl Keçi” (P.Nurəliyeva)
10. “Şirkin ördək balası” (H.X.Andersen)
11. “Xortdanın cəhənnəm məktubları” (Ə.Haqverdiyev)
12. “Biri var idi, biri yox” (Ə.Ol)
13. “Arzu və Murad” (S.Elsevər)
14. “Dovşanın ad günü “ - X.Əlibəyli
15. “Möcüzəli turp” - Rus Xalq nağılı
16. “Mehmanxana sahibəsi “ - K.Qoldoni
17. “Qohumlar” - V.Şuqrayeva, Ə.Əmirli
18. “Uzuncorab Pippi” - A.Lindqren
19. “Yarımçıq qalmış” - Y.Abramov, L.Bəyim

Akademik Milli Dram Teatrı:

1. “Kabuslar” (E.Filippo)
2. “Zorən şorgöz” (Rey Kluni)
3. “Kölgə” (Y.Şvarts)




ÜLVİ CƏFƏROV
Musiqi hissə müdiri
Ətraflı
CƏFƏROV ÜLVİ ƏLİFAĞA OĞLU
Musiqi hissə müdiri

12 yanvar 1983-cü ildə Bakı şəhərində anadan olub.
1999-2003-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "musiqili teatr aktyoru" fakultəsində təhsil almış, 2003-2005-ci illərdə həmin universitetin aktyor sənəti üzrə magistr pilləsini bitirmişdir.
1998-ci ilin iyun ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayan Ü.Cəfərov, 2008-ci ildən başalayaraq müsiqi hissə müdiri kimi fəaliyyətini davam etdirir.

Əsas rolları:

1. Xanəndə - ("Mahmud və Məryəm", Elçin)
2. Ələddin - ("Ələddinin sehrli çırağı" Ərəb xalq nağılı)
3. Qaz balası - ("Ana qaz" Rəsul Rza)
4. Xor - ("Xeyir və Şər" Nizami Gəncəvi)




ƏLƏSGƏR MURADXANLI
Truppa müdiri
Ətraflı
14:47 05.06.2014
MURADXANLI ƏLƏSGƏR CƏLAL OĞLU
Truppa müdiri

10 iyul 1964-cü ildə Ağdam rayonu Gülablı kəndində anadan olub.
1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncsənət Universitetinin "Mədəni-maarif" fakültəsini bitirmişdir.
1993-cü ilin sentyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında truppa müdiri vəzifəsində çalışır.




ZƏMİNƏ ELBİR
Bədii quruluş hissə müdiri
Ətraflı
ORUCOVA ZƏMİNƏ YAŞA QIZI
Bədii quruluş hissə müdiri

30 dekabr 1975-ci ildə Goranboy rayonu Qarasüleymanlı kəndində anadan olub.
1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissorluğu" fakültəsini bitirib.
Əvvəllər Azərbaycan Dövlət Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblında, Tənqid-Təbliğ Teatrında aktrisa vəzifəsində çalışıb.
2001-ci il mart ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında assistent, 2001-ci il noyabr ayının 2-dən Bədii quruluş hissə müdiri vəzifəsində çalışır.




RAFİQ RƏHİMLİ
Ədəbi dram hissə müdiri
Ətraflı
RƏHİMLİ RAFİQ SƏFƏR OĞLU
Ədəbi dram hissə müdiri

03 yanvar 1956-cı ildə Lənkəran şəhərində anadan olub. 1989-cu ildə BDU-nun jurnalistika fakültəsini, 1994-cü ildə "Müstəqil Rs" nəzdində ali rejissorluq kursunu bitirmişdir.
1984-1993-cü illərdə Azərbaycan radiosunda, 1994-2000-ci illərdə dövlət televiziyasında müxbir və redaktor, 2000-2002-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında ədəbi-dram hissəsinin rəhbəri vəzifəsində çalışmışdır.
2002-ci ilin dekabr ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi-hissə müdiri vəzifəsində çalışır.
O, 1996-2006-cı illərdə bir sıra dövlət tədbirlərinin ssenari müəllifi və quruluşçu rejissoru olmuşdur. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 30 illiyinə həsr olunmuş rəsmi Dövlət tədbirinin ssenari müəllifi, Azərbaycan Sərhəd qoşunlarının yubileyi və digər tədbirlərin rejissoru və müəllifi olmuşdur.
“Rəfiq” ədəbi məcmuəsinin təsisçisi və baş redaktoru olan R.Rəhimlinin 2008-ci ilin iyun ayından “inter.az” (Rusiya) televiziya kanalında hər ay Azərbaycanın teatr sənətinə həsr olunmuş “Pərdəarxası” verilişi yayımlanır.
1994-cü ildən Azərbaycan Jurnalistlər Birliyi, 2000-ci ildən Teatr Xadimləri İttifaqının üzvüdür. Iki dəfə müsabiqə (1985-ci il, tələbələr arasında oşerk və 1993-cü ildə radioese) qalibi olmuş, 2004-2005-ci illərdə iki dəfə "XXI əsr ziyalıları" Beynəlxalq layihəsinin qalibi, 2005-ci ildə "Qızıl kitab" mükafatı laureatı olmuşdur.
2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunmuşdur.

Çap olunmuş kitabları:

1. “Efirin göz yaşları” - “Şirvannəşr” - 2003 (90-cı il hadisələri)
2. “Teatr kraliçası” - “Adiloğlu” - 2004 (Amaliya Pənahova haqqında)
3. “Həmişə təravətli sənət” - “Nağıl evi” - 2005 (Səyavuş Aslan haqqında)
4. “Səhnə-səadətimdir” - “Bakı” - 2008 (Rafiq Əzimov haqqında)
5. “Səhnə də bir həyatdır” - “Adiloğlu” - 2012 (Lətifə Əliyeva haqqında)
“Səhnəmizin eşq Leylası” (Səkinə İsmayılova haqqında), “Bənövşə ətirli səs” (Gülüstan Əliyeva haqqında), “Kral təcəssümü” (Nurəddin Mehdixanlı haqqında), “Teatrımızın Lütfüsü” (Lütfü Məmmədbəyli haqqında) və başqa kitabları çap üçün yaradıcılıq prosesindədir.

Tərcümələri:

1. Eduardo De Filippo - “Silindr və ya məhəbbət oyunu” - Estrada teatrı
2. Sofokl - “Şah Edip, yaxud alın yazısı” - Akademik Milli Dram Teatrı
3. Jan Rassin - “Fedra”- Akademik Milli Dram Teatrı
4. Mohan Rakeş “Bir ailədə” - Akademik Milli Dram Teatrı
5. B.Brext- “Kuraj ana” - Akademik Milli Dram Teatrı

Ssenarisi əsasında televiziya filmləri:

1. "Aylı gecənin nağılı" (Şekspirin sonetləri əsasında)
2. "Qız qalası"

Tamaşaya qoyulmuş orijinal əsərləri:

1. “Bahar xoş gəlibdir Azərbaycana” - Akademik Milli Dram Teatrı
2. “Novruz sərgüzəştləri” - Akademik Milli Dram Teatrı
3. “Gözəllik müsabiqəsi” - Akademik Milli Dram Teatrı
4. “Yeni il” - İrəvan Dövlət Azərbaycan Dram Teatrı
5. “Sevgi nağılı” - Şuşa Dövlət Musiqili Dram Teatrı
6. “Ağ kəlağayı” - Lənkəran Dövlət Dram Teatrı
7. “Qobustan əfsanəsi” - Gəncə Dövlət Dram Teatrı
8. “Gizli məhəbbət” - Mingeçevir Dövlət Dram Teatrı
9. “Göyçək Fatma” - Salyan Dövlət Dram Teatrı
10. “Sönmüş talelər” - Dərbənd Azərbaycan Dövlət Dram Teatrı
11. “Gözəlçə” - Tərtər Uşaq Yaradıcılıq Birliyi
12. “...Maksi güman” - “Ofeliya” musiqili salonu
13. “Balqabaq” - “Ofeliya” musiqili salonu
14. “Kişidi bu” - Gənclər Teatr Studiyası
15. “Gözəlçə” - Gənclər Teatr Studiyası
16. “Məzhəkəçilər” - Çarli Çaplin Teatr Qrupu
17. “Tənha qadın” - Çarli Çaplin Teatr Qrupu
18. “Sənin izinlə” - “Haray” Mono Teatrı
19. “Həcər nənənin nağılı” - “Haray” Mono Teatrı
20. “Dost-dosta tən gərək” - “İncəsənət” Teatr Studiyası




ZEMFİRA BAĞIR-ZADƏ
Kitabxanaçı
Ətraflı
BAĞIR-ZADƏ ZEMFİRA MUSA QIZI
Kitabxanaçı

14 may 1951-ci ildə anadan olub. 1971-77-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində ali təhsil alıb.
1971-ci ildən bu günə kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında kitabxanaçı vəzifəsində çalışır.
Bu illər ərzində teatrın kitab fondunun zənginləşdirilməsi, mühafizəsi, təbliği və teatr əməkdaşlarına xidmət işində böyük əməyi vardır.
O, teatrda işlədiyi müddətdə öz sənətinə həssaslıqla yanaşanaraq, aktyorlarla və kollektivin digər üzvləri ilə səmimi ünsiyyət qurmağı bacardığı üçün hamının hörmətini qazanmışdır.




HÜSNİYYƏ MURSAQULİYEVA
Mətbuat katibi
Ətraflı
MURSAQULİYEVA HÜSNİYYƏ İSMƏT QIZI
Mətbuat katibi

30 dekabr 1988-ci ildə Bakı şəhərində anadan olub.
2011-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq" fakültəsini bitirib.
2009-cu ilin aprel ayından ölkənin aparıcı mətbu orqanı olan “525-ci” qəzetdə mədəniyyət sahəsi üzrə müxbir kimi fəalliyət göstərmişdir.
2010-cu ilin iyun ayında Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə fəal əməkdaşlığa görə nazirliyin fəxri fərmanı və mükafatla təltif olunmuşdur.
2010-cu il sentyabr ayının 16-dan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mətbuat katibi vəzifəsində çalışır.




İSKƏNDƏROV ÖTKƏM
Uşaq və yeniyetmələrlə tərbiyəvi iş aparan təşkilatçı-pedaqoqu
Ətraflı
İSKƏNDƏROV ÖTKƏM
Uşaq və yeniyetmələrlə tərbiyəvi iş aparan təşkilatçı-pedaqoqu

5 oktyabr 1955-ci ildə Neftçala şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 2 il M.Əliyev adına İncəsənət İnstitutunun “aktyorluq” şöbəsində təhsil almışdır. 1975-1979-cu illərdə Moskva şəhərində Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda SSRİ Xalq Artisti Y.Matveyevin rəhbərlik etdiyi milli aktyor kursunda təhsil almışdır.
1975-ci ildən filmlərə çəkilməyə başlamışdır. Ilk filmi “Tütək səsi”, Moskvada çəkilmiş “Balamut” filmi ilə bərabər Azərbaycan, o cümlədən xarici studiyalarda ümumilikdə 46 filmə çəkilmişdir.
1991-ci ilə qədər “Azərbaycanfilm” kinostudiyasında aktyor, sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “aktyor sənəti” müəllimi, 2003-2015-ci illərdə fakültəsinin “aktyor sənəti” dekanı vəzifələrini icra etmişdir.
2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına, 2013-cü ildə “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüşdür.
2016-cı ilin fevral ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaq və yeniyetmələrlə tərbiyəvi iş aparan təşkilatçı - pedaqoq vəzifəsində fəaliyyət göstərir.



Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX