Ağ ölüm


Psixoloji dram
Müəllif: V. Siqarev
Tərcümə və təbdil edəni: Sərvər Əliyev
Tamaşanın bədii rəhbəri: Bəhram Osmanov (Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi)
Quruluşçu rejissor: Ayla Osmanova
Quruluşçu rəssam: Elşən Sərxanoğlu
Musiqi tərtibatı: Zaur Rəşidov
Rejissor assistenti: Sona Mustafayeva
Rollar və ifaçılar:
Ana - Nübar Novruzova (Əməkdar Artist)
Ata - Rəzzaq Məmmədov
Samir - Vüsal Mehrəliyev
Aygün - Zülfiyyə Alhüseynova
Həmid - Manaf Dadaşov
Cəmil - Anar Seyfullayev
Nərgiz - Səbinə Məmmədova
Tamaşanın müddəti:1 saat 10 dəqiqə
Xülasə: Tamaşanın əsas mövzusu narkotiklərin qanunsuz dövriyyəsi və bu gün dünyanı narahat edən əsas problemlərdən biri olan narkomanlıqdır. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Samir və onun başına gələn bu qorxunc bəladan bəhs edən tamaşa Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2013-cü il tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı çərçivəsində hazırlanmışdır.

Tamaşadan fotolar:


Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX