Dörd əkizin nağılı


İki hissəli məzəli oyun
Müəllif:Panço Pançev
Quruluşçu rejissor: AĞALAR İDRİSOĞLİ (Əməkdar İncəsənət Xadimi)
Quruluşçu rəssam: ELŞƏN SƏRXANOĞLU
Musiqi tərtibatı: İRADƏ MURADOVA
Rəqslər və plastika: VÜSAL MEHRƏLİYEV
Rejissor köməkçisi: GÜNAY QASIMOVA
Rollar və ifaçılar:
Peter ağa - Kərəm Hadızadə
Yelena xala - Naibə Allahverdiyeva (Əməkdar Artist), Nübar Novruzova (Əməkdar Artist)
Ağpapaq,
Qarapapaq,
Çalpapaq
Gülpapaq - Elnur Hüseynov, Anar Səfiyev
Bonka - Günel Məmmədova, Zümrüd Quliyeva
Nağılçı nənə - Qəmər Məmmədova (Əməkdar Artist), Sona Babayeva
Tamaşanın müddəti:I hissə - 50 dəqiqə
II hissə - 45 dəqiqə
Xülasə: Bu əhvalat Bolqarıstanda baş verir. Ata dörd əkiz övladını bir-birindən ayırd etmək üçün bazardan dörd müxtəlif rəngli papaq alır. Adları da nisbi şəkildə papaqların rənginə uyğunlaşdırılır. Dörd əkizin hər biri Bonka adlı qıza vurulur. Hər biri qızın anası Yelena xalanın yanına gəlib özünə bəy tərifi deyir. Lakin Yelena xalaya lazım olan təkcə zahiri gözəllik deyil, çeviklik, işgüzarlıq və bir də maddi imkanlardır. Ən əsası isə saf məhəbbətdir. Bəs, əsl namizəd kimdir, onu qızı üçün seçə bilmirlər. Bu zaman ekizlərin atası Peter ağa ilə söhbətləşib qərara gəlirlər ki, əkizlər qürbətə gedib bilərzik gətirsinlər. Kimin bilərziyi daha qiymətli və çəkidə ağır olsa, Bonkanı da ona versinlər. Bonka ekizləri yola salarkən hərəsinə bir rəngdə gül bağışlayır. Bonka ilə də şərt kəsirlər: oğlanlar qayıdana qədər qız da üç sandıq cehiz toplamalıdı, bunu öz zəhməti ilə yığmalıdır. Ekizlər arasında qızın məhəbbətinə layiq, qəlbi təmiz, əhdinə sadiq Gülpapaq çıxır. O, qızın ona hədiyyə etdiyi gülü qoruyur, gül-çiçək becərir və zəhməti ilə sevdiyinə bilərzik alır. Qızı da ona verirlər. Sədaqət, zəhmətsevərlik və düzlük tamaşanın qayəsini təşkil edir.

Tamaşadan fotolar:


Copyright © 2017, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX