GƏNC TAMAŞAÇILAR TEATRINDAN



17.03.2020
DİQQƏT !!!

Hörmətli tamaşaçılarımızın nəzərinə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarıyla ölkəmizdə elan olunmuş karantinlə və kütləvi tədbirlərin təxirə salınması ilə əlaqədar olaraq teatrımızın bütün tamaşaları müvəqqəti olaraq təxirə salınıb. Kütləvi İnformasiya Vasitələrində kifayət qədər təbliğat aparılır, dünyanı bürümüş bu virusdan qorunma qaydaları yetərincə nümayiş etdirilir. Biz də öz növbəmizdə hər bir vətəndaşımızdan son dərəcə diqqətli olmağı, özünü və başqalarını riskə atmamağı xahiş edirik. Teatrımızın binasının və avadanlığın dezinfeksiya edilməsi üçün bütün lazimi tədbirlər görülüb. İnanırıq ki, dövlətimiz və onun strukturlarının virusa qarşı yönəli tədbirləri öz müsbət nəticələrini verəcək və xalqımız, millətimiz tezliklə bu bəladan xilas olacaq! Tez bir zamanda, əvvəlkindən də pozitiv bir şəkildə, köhnə və yeni tamaşalarımızla, sizi sevən kollektivimizlə görüşünüzə gəlmək ümidi ilə. Özünüzü qoruyun !

Hörmətlə
Gənc Tamaşaçılar Teatrının kollektivi





Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX