Korona Virusdan qorunmaq qaydaları ...


17.03.2020
Korona latınca “tac” mənasını verir. Virusa mikroskopda baxıldıqda onun forması işıq şüası şəklində tacı xatırladır. Yanvarın 7-də aşkarlanan və 2019-nCoV adlandırılan virus daha öncə insanlarda rast gəlinməmiş yeni növdür.

Koronavirus özünü öskürək, qızdırma, nəfəs almaqda çətinlik simptomları ilə göstərir.

Konkret bir müalicəsi və peyvəndi olmayan virusa məruz qalmamaq və yoluxma sayını azaltmaq üçün sadə tədbirlər görülməsi tövsiyə edilir:

- Asqırarkən və ya öskürərkən ağzınızı və burnunuzu tutun.
- Qızdırması olan və ya öskürən bir insanla yaxın təmasda olmayın.
- Qızdırmanız varsa, öskürürsünüzsə və nəfəs almaqda çətinlik çəkirsinizsə, dərhal xəstəxanaya gedin və səyahətdə olmusunuzsa, bunu da həkimə deyin.
- Çiy və az bişmiş ət və ət məhsullarından uzaq durun.
- Əllərinizi tez-tez spirtlə silin, yaxud da ilıq su və ya sabunla yuyun.


Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX