“Oqtay Eloğlu” Gənc Tamaşaçılar Teatrında



09.10.2019
     Oktyabrın 08-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında C.Cabbarlının “Oqtay Eloğlu” pyesi əsasında qurulacaq eyniadlı tamaşanın məşqlərinə başlanıb. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, rəssamı Mustafa Mustafayevdir. Musiqi tərtibatı Şamxal Novruzluya aiddir.
     Tamaşada Xalq artistləri Qurban İsmayılov, Yasin Qarayev, əməkdar artistlər Elşən Rüstəmov, Şövqi Hüseynov, Elnur Kərimov, Qəmər Məmmədova, Elnur Hüseynov, Elşən Çarhanlı, aktyorlar Kərəm Hadı-zadə, Manaf Dadaşov, Sevinc Mehrəliyeva, Günel Məmmədova, Səbinə Məmmədova, Asya Atakişiyeva, Elşən Hacıbabayev, Anar Seyfullayev, Xaliq Bəkirov, Vüqar Məmmədəliyev, Ceyhun Məmmədov, Ramil Məmmədov, Rəşad Səfərov, Vahid Orucoğlu, Elgün Yəhyayev, Elşən Şıxəliyev, Eyvaz İbrahimov, Aydın Dəmirov, Mirzəağa Mirzəyev, Könül Əbilova, Aygün Fətullayeva, İlahə Əmirxanova, Hilal Dəmirov, Nəzrin İsmayılzadə, İmran Qurbanov rol alıblar.
     Qeyd edək ki, yeni üslubda, fərqli estetikada qurulacaq səhnə əsəri noyabrın sonunda tamaşaçılara təqdim olunacaq.


Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX