“Qoğalın sərgüzəştləri” Lənkəran Beynəlxalq Festivalında



04.06.2019
     Artıq bir neçə gündür ki, "Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində keçirilən I Beynəlxalq Lənkəran Teatr Festivalı öz işinə başlayıb. Festivala ölkəmizin 11 sənət ocağı öz tamaşaları ilə qatılıblar. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı festivalda Pərvin Nurəliyevanın eyniadlı pyesi əsasında Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi “Qoğalın sərgüzəştləri” tamaşası ilə iştirak edib. Tamaşada əsas rolları Anar Seyfullayev, Ramil Məmmədov, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Tahir İsmayılov, Günel Məmmədova, Asya Atakişiyeva canlandırırlar. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğludur, musiqi tərtibatı İradə Muradovaya aiddir.
     Festivalın ikinci günü tamaşaçılara təqdim olunan “Qoğalın sərgüzəştləri” böyük maraqla qarşılanıb. İştirakçılar diplomlarla təltif ediliblər.
     Qeyd edək ki, festivalda həmçinin Böyük Britaniyanın “Two Destination Language” Teatrı, Gürcüstanın “Azadlıq” Teatrı, İranın “Muğan Hünər” və “Mika” Teatrları, habelə “Ünvan” Ərdəbil şəhər teatrının kollektivləri iştirak edirlər.


Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX