ADGTT-da premyera “Tənbəl Əhməd” ...



11.06.2018
     İyun ayının 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Tənbəl Əhməd” adlı yeni tamaşanın premyerası keçirildi.
     Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş və teatrın repertuar planında təsdiq olunan “Tənbəl Əhməd” adlı səhnə əsəri gənclər və yeniyetmələrə xeyirxahlıq, zəhmətkeşlik, sədaqətlilik kimi yüksək insani keyfiyyətləri aşılayır. İlk tamaşa məktəblilər tərəfindən böyük maraqla qarşılanmış, xalq nağılının qəhrəmanının səhnədəki sərgüzəştləri və obrazı kiçik yaşlı məktəblilərin sevgisini qazana bilib. Nağılın müasir uşaqların dünyagörüşünə uyğun rejissor yozumu, səhnə tərtibatı, geyim və aktyor oyunu, musiqi tərtibatı məktəblilərin nağıl dünyasına səyahətinə bələdçilik edərək tamaşa boyu obrazlarla təmasda olmalarına şərait yaratmışdır.
     Quruluşunu gənc rejissor Ayla Osmanovanın verdiyi tamaşada Tənbəl Əhməd obrazını teatrın sevilən gənc aktyorları Ramil Məmmədov və Vahid Orucoğlu, rolları Əməkdar artistlər Nəsibə Eldarova, Vahid Əliyev, aktyorlardan Səbinə Məmmədova, Natiq Fərzəliyev , Zümrüd Quliyeva, Anar Seyfulayev, Müşfiq Əliyev, Küşvər Şərifova, Xəyalə Meydanova, Sona Babayeva və başqaları ifa edirlər.

Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX