ADGTT yeni tamaşa “Tənbəl Əhməd”...



07.06.2018
     İyun ayının 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Tənbəl Əhməd” adlı yeni tamaşanın premyerası olacaq.
     Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş və teatrın repertuar planında təsdiq olunan “Tənbəl Əhməd” adlı səhnə əsəri gənclər və yeniyetmələrə xeyirxahlıq, zəhmətkeşlik, sədaqətlilik kimi yüksək insani keyfiyyətləri aşılayır.
     Quruluşunu gənc rejissor Ayla Osmanovanın verdiyi tamaşada rolları Əməkdar artistlər Nəsibə Eldarova, Vahid Əliyev, aktyorlardan Səbinə Məmmədova, Zümrüd Quliyeva, Anar Seyfulayev, Müşfiq Əliyev, Küşvər Şərifova, Xəyalə Meydanova, Sona Babayeva və başqaları ifa edirlər.

Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX