ADGTT həftəsonuna premyera ilə yetişdi...



06.06.2018
     Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı maraqlı tamaşalarla zəngindir. Həmişə olduğu kimi bu həftə də teatrın repertuarı həm məktəblilər həm də gənc və yaşlı nəslin zövqünü oxşamağa çalışıb. Belə ki, iyun ayının 9-da saat 12:00 və 14:00-da Ş.Perronun “Çəkməli pişik”, 10 iyun saat 12:00 və 14:00-da isə teatrın səhnəsində ilk dəfə “Tənbəl Əhməd” tamaşalarının qəhrəmanları məktəblilərin görüşünə gələcək. Teatrın axşam tamaşaları repertuarında isə iyunun 9-da saat 19:00-da dahi Füzulinin “Leyli və Məcnun” əsəri əsasında eyniadlı tamaşa 10-da isə eyni saatda “Magiya+Şou” adlı əyləncəli musiqili gecə təqdim ediləcək.
     Tamaşaçılar tərəfindən hər zaman maraqla qarşılanan səhnə əsərlərində rolları Əməkdar artistlər Elşən Rüstəmov, Nofəl Vəliyev, Nicat Kazımov, Leyli Vəliyeva, Rasim Cəfər, Almaz Mustafayeva, Vahid Əliyev, Nəsibə Eldarova aktyorlar Günel Məmmədova, Elnur Kərimov, Elnur Hüseynov, Asya Atakişiyeva, Manaf Dadaşov, Elşən Şıxəliyev, Ceyhun Məmmədov, İlham Əsədov, Səbinə Məmmədova, Zümrüd Quliyeva, Anar Seyfullayev, Müşfiq Əliyev, Küşvər Şərifova, Xəyalə Meydanova, Sona Babayeva və teatrın digər sevilən aktyorları ifa edir.
     Tamaşalara biletləri bütün mərkəzləşdirilmiş kassalardan və “ASAN xidmət” mərkəzlərindən və filiallarından əldə etmək olar.

Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX