ADGTT növbəti Beynəlxalq Teatr Festivalda iştirak edəcək...



02.06.2018
     Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 90-cı teatr mövsümündə növbəti dəfə Beynəlxalq teatr festivalında iştirak etmək üçün səfərə hazırlaşır.
     “Vidlunya” Beynəlxalq Monodram Festivalının təşkilat komitəsinin dəvəti ilə teatrın aktyoru, Əməkdar artist Şövqi Hüseynov iyun ayının 5-dən 16-dək Ukrayna Respublikasının Xmelnitski və Çerniqov şəhərlərində keçiriləcək “Vidlunya” adlı XX Beynəlxalq Monodram teatr festivalında P.Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcək. Festival çərçivəsində aktyor və rejissor sənətinə dair treninqlər, ustad dərsləri və tamaşaların müzakirələri keçiriləcək.
     Qeyd edək ki, “Kontrabas” tamaşası bu günə kimi bir çox beynəlxalq teatr festivallarında yüksək dərəcəli diplomlara layiq görülüb.

Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX