ADGTT-da həftəsonu nələr vəd edir...



01.06.2018
     Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu həftəsonu bir gündə iki yeni tamaşanın təqdimatı və cari repertuarda olan ən maraqlı tamaşaları ilə tamaşaçılarının görüşünə hazırlaşır.
     Belə ki,teatr iyun ayının 1-də P.Cullifordun “Şirinlər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı saat 1200 və 1400 olmaqla ilk dəfə nümayiş etdirəcək. Axşam saat 1900 da isə böyük dramaturqumuz, unudulmaz H.Cavidin “Ana” mənzum dramının premyerasını təqdim edəcəkdir.
     İyun ayının 2-də saat 1200 və 1400-da kiçik yaşlı daimi tamaşaçılarımız A.Şaiqin “Tıq-Tıq xanım” tamaşasını, saat 1600 və 1900-isə böyük mütəfəkkir M.F.Axundzadənin “Hekayəti Xırs quldurbasan” tamaşalarını təqdim edəcəkdir.
     Tamaşalarda teatrın istedadlı aktyorları - Əməkdar Artistlər Şəfəq Əliyeva, Nübar Novruzova, Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev Şövqi Hüseynov, Vahid Əliyev, Rasim Cəfərov, aktyorlardan Manaf Dadaşov, Elnur Kərimov, Elşən Şıxəliyev, Ramil Məmmədov, Elnur Hüseynov, Günel Məmmədova, Zemfira Əbdülsəmodova, Ədalət Əbdülsəməd, Asya Atakişiyeva, Anar Seyfullayev, Xəyalə Meydanova, Nuranə Hüseynova və başqaları iştirak edirlər.
     Tamaşalara biletləri şəhərmizin mərkəzləşdirilmiş kassalarından və asan xidmət filliallarından əldə edə bilərsiniz.

Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX