ADGTT olke rehberine teshekkur edir...



29.05.2018
     Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında imzaladığı 27 may 2018-ci il Sərəncamı əlaqədar ölkə rəhbərinə təşəkkür məktubu ünvanlamışdır. Məktubda deyilir:
     Möhtərəm cənab Prezident! Azərbaycan Respublikasının Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında imzaladığınız sərəncamda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının da aktyorlarının adı var. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində, xalqımız üçün əlamətdar bir tarixdə dəyərli sənətkarlarımızı fəxri adlara layiq bildiyiniz üçün qürur hissi keçirir və Sizə sonsuz təşəkkürlərimizi bildiririk. Bu Sərəncam teatrımızın yaradıcı heyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Möhtərəm cənab Prezident! Sizin Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyiniz yüksək diqqət və qayğı sayəsində Azərbaycan teatrı dünyanın ən aparıcı teatrları arasında özünəməxsus yer tutmuşdur. Bu qayğı bizi yeni yaradıcılıq uğurları qazanmağa, Azərbaycan teatrını ölkə hüdudlarından kənarda daha böyük uğurla təmsil və təbliğ etməyə sövq edir. Əməyimizin tərəfinizdən mütəmadi olaraq yüksək qiymətlədirilməsi bizi hər zaman daha böyük uğurlara ruhlandırır. Buna görə Sizə öz dərin minnətdarlığımızı bildiririk.
     Müstəqil Azərbaycanımızın daha da inkişaf etməsi istiqamətində gördüyünüz əvəzsiz işlərinizdə Sizə bol uğur, möhkəm can sağlığı və xalqımızla birgə tezliklə qələbə sevincini yaşamağı arzu edirik.

     Dərin hörmətlə: ADGTT-nın direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov.

Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX