ADGTT-nın aktyoru növbəti Beynəlxalq Teatr festivalında

iştirak edib...



26.05.2018
     Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov may ayının 20-dən 23-dək Tatarıstan Respublikasının Buinsk şəhərində keçirilən “Bua: dialoq məkanı” adlı II Beynəlxalq teatr festivalında iştirak edib. Aktyor festivalda N.V.Qoqolun “Dəlinin qeydləri” əsəri əsasında hazırlanmış eyniadlı monotamaşanı təqdim edib. Tamaşa həm festival təşkilatçıları həm də tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Aktyor festivalda uğurlu çıxşına görə diplomla təltif olunub.

Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX