Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov növbəti dəfə

Beynəlxalq rejissor laboratoriyasında iştirak edəcək



18.05.2018
     Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov növbəti dəfə Beynəlxalq rejissor laboratoriyasında iştirak edəcək. Beynəlxalq laboratoriya Rusiya Teatr Xadimləri İttifqaının Milli teatrlar kabinetinin Rusiya Teatr Rejissorları Gildiyasının birgə təşkilatçılığı ilə may ayının 18-dən 23-dək Sankt Peterburq keçiriləcək. Laboratoriya günləri çərçivəsində həmçinin teatr rejissorlarının konfransı keçiriləcək. Bu il təşkil edilən rejissor laboratoriyasına Orenburq vilayəti Dövlət Dram Teatrının bədii rəhbəri, Rusiya Federasiyası Dövlət Mükafatı laureatı Rifkat İsrafilov rəhbərlik edəcək.

Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX