ADGTT-da yeni tamaşa hazırlanır...



16.01.2018
     Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin repertuar planında təsdiq olunmuş E.Uspenskinin “Çeburaşka” əsəri əsasında eyniadlı tamaşanın hazırlanmasına start verilmişdir. Kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuş tamaşanın quruluşçu rejissoru Ayla Həşimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Ramiq Nəsirov, rəqslər və səhnə hərəkəti üzrə baletmeyster Ceyhun Dadaşovdur.
Tamaşada əsas rolları Əməkdar Artist Almaz Mustafayeva, aktyorlar Səbinə Məmmədova, Xəyalə Meydanova, Müşfiq Əliyev, Yasəmən Məmmədova, Zülfiyyə Alhüseynova, Anar Səfiyev, Zümrüd Quliyeva, Asya Atakişiyeva, Ədalət Əbdülsəməd, İlham Əsədov, Yusif Dadaşov və b. ifa edəcəklər. Tamaşanın premyerası Novruz Bayramı ərəfəsində 18 mart saat 12:00 və 14:00-da baş tutacaqdır.
Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX