ADGTT “Konuk Tiyatrolar” layihəsində uğurla çıxış edib



08.05.2018
     Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Güşvər Şərifova may ayının 3-dən 5-dək Antalya Büyükşehir Bələdiyyəsinin “Şehir Tiyatroları"nın keçirdiyi “Konuk Tiyatrolar” layihəsində iştirak edib . Aktrisa festivalda yazıçı R.Ağayevin eyni adlı pyesi əsasında Nofəl Vəliyevin quruluş verdiyi "Sonluğun sonu" monotamaşası ilə çıxış edib. Uğurlu çıxışına görə ADGTT və aktrisa festivalın təşkilatçıları tərəfindən diplomla təltif edilib. Antalya Büyükşehir Bələdiyyəsinin sədri Menderes Türel tərəfindən təqdim edilən diplomda aktrisanın səhnə oyunu, peşəkar çıxışı yüksək qiymətləndirlib.

Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX