ADGTT-nın direktoru Kalmık Milli Dram Teatrının

baş direktoru ilə görüşüb...



20.04.2018
     Aprelin 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov ölkəmizdə səfərdə olan B.Basanqov adına Kalmık Milli Dram Teatrının baş direktoru Qalina Şurayeva ilə görüşüb.
     Görüş zamanı iki teatr arasında davam edən yaradıcılıq münasibətləri, Azərbaycan Kalmıkiya mədəni əməkdaşlığında teatrların rolu mövzusunda fikir mübadiləsi aparılıb. İki teatr arasında gələcəkdə daha böyük layihələrin reallaşması ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin Azərbaycan və Kalmıkiya arasındakı qarşılıqlı yaradıcılıq müqaviləsinin növbəti mövsümdə daha da genişləndirilərək maraqlı layihələrin, rejissor və tamaşa mübadilələrinin hər iki ölkə teatrları üçün əhəmiyyətindən danışılıb.
     Kalmık Milli Dram Teatrının baş direktoru Qalina Şurayeva səmimi qəbula görə direktora təşəkkür edərək , ikitərəfli qastrol səfərlərinin tamaşaçılar tərəfindən maraqla qarşılanmasının təqdirəlayiq olduğunu diqqətə çatdırıb.
     Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, teatrın baş rejissoru Bəhram Osmanov Rusiya və Azərbaycan teatrları arasındakı qarşılıqlı yaradıcılıq əlaqələrinin bundan sonra da davam edəcəyini vurğulayıblar.

Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX