ADGTT-nın kollektivi Ölkə Prezidentinə

təşəkkür məktubu ünvanlayıb...



24.02.2018
     Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Fəxri adlara görə aylıq təqaüdlərin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə imzaladığı sərəncamla əlaqədar ölkə rəhbərinə təşəkkür məktubu ünvanlamışdır. Məktubda deyilir:
     Möhtərəm cənab Prezident ! Sizin Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə imzaladığınız Sərəncama əsasən Fəxri adlara görə aylıq təqaüdləri artırılan sənət adamları sırasında bu il 90 yaşını qeyd edəcəyimiz Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının da bir qrup əməkdaşı var. Bu Sərəncam teatrımızın yaradıcı heyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Möhtərəm cənab Prezident! Sizin Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyiniz yüksək diqqət və qayğı sayəsində Azərbaycan teatrı dünyanın ən aparıcı teatrları arasında özünəməxsus yer tutmuşdur. Bu qayğı bizi yeni yaradıcılıq uğurları qazanmağa, Azərbaycan teatrını ölkə hüdudlarından kənarda daha böyük uğurla təmsil və təbliğ etməyə sövq edir. Əməyimizin tərəfinizdən mütəmadi olaraq yüksək qiymətlədirilməsi bizi hər zaman daha böyük uğurlara ruhlandırır. Buna görə Sizə öz dərin minnətdarlığımızı bildiririk.
     Müstəqil Azərbaycanımızın daha da inkişaf etməsi istiqamətində gördüyünüz əvəzsiz işlərinizdə Sizə bol uğur, möhkəm can sağlığı və növbəti seçkidə Sizi yenidən prezident kürsüsündə görməklə, xalqımızla birgə tezliklə qələbə sevincini yaşamağı arzu edirik.
     Məktubu uzun illərdir teatrda çalışan aktyor və yaradıcı heyət adından Xalq Artistləri, Əməkdar Artistlər və Əməkdar İncəsənət Xadimləri imzalamışdır.

Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX