ADGTT- həftəsonu nələr vəd edir...



09.02.2018
     Hər dəfə olduğu kimi ADGTT- bu həftə də tamaşaçılar və şəhərimizin qonaqları üçün maraqlı repertuar tərtib etmişdir. Üzümüzə gələn şənbə və bazar günləri saat 19:00 – da Xalq Artistləri , prezident təqaüdçüləri Ağaxan Salmanlı və Yasin Qarayevin iştirakı ilə “2 gün sizinlə” layihəsi çərçivəsində Ə.Orucoğlunun “Açarını itirənlər” komediyası nümayiş olunacaqdır. Tamaşada əməkdar Artist Almaz Mustafayeva və Zemfira Əbdülsəmədova da iştirak edəcəkdir.
    Teatrın daimi tamaşaçıları olan məktəbliləri və kiçik yaşlı dostlarımızı da maraqlı tamaşalar gözləyir. Kollektiv fevral ayının 10-da saat 12:00 ;14:00 – da A.Tolstoyun “Buratinonun macəraları”, 11-də saat 12:00; 14:00 – da A.Lindqrenin “Balaca və damda yaşayan Karlson” tamaşalarını nümayiş etdirəcəkdir.
    Hər iki tamaşa Beynəlxalq layihə çərçivəsində Xorvatiyadan və Ukraynadan dəvət olunmuş yaradıcı heyətin iştirakı ilə hazırlanmışdır. Tamaşalarda teatrın aktyorları Əməkdar Artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Manaf Dadaşov, Asya Atakişiyeva, Elşən Çarxanlı, İlham Əsədov, Xalidə Əliməmmədova, Anar Seyfullayev, Elgün Yəhyayev, Zülfiyyə Alhüseynova, Vahid Orucoğlu, Müşfiq Əliyev, Mehriban Hüseynova və başqaları iştirak edəcəklər.
    Tamaşalara biletləri bütün mərkəzləşdirilmiş kassalardan və ASAN xidmət mərkəzlərindən və filiallarından əldə edə bilərsiniz.

Teatrın mətbuat xidməti


Copyrights © , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı     |     Saytın hazırlanması: Proqres IPX